Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir - ARAŞDIRMANIN QORXULU NƏTİCƏSİ - FOTOLAR

Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir - ARAŞDIRMANIN QORXULU NƏTİCƏSİ - FOTOLAR Ölkədə şirin – içməli su ehtiyatlarının tükənməsi bir başqa problemdirsə, gündəlik istifadə etdiyimiz suya nəzarətin olmaması ən əsas problemdir. Çox az insan içdiyimiz suyun tərkibindən xəbərdardır ki, ağır metallar və zərərli komponentlər hər gün bizi iri addımlarla ölümə tələsdirir.

Qeyd edək ki, paytaxt Bakının içməli su təminatı 4 mənbədən qidalanırdı – ümumi uzunluğu 187 kilometr olan Bakı-Şollar su kəməri, “Samur-Abşeron” kanalı, Kür çayı və Ceyranbatan Su Anbarı. 2010-cu ilin dekabrında isə ümumi uzunluğu 300 kilometr olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib.

Milyonlarla insan təhlükə qarşısında

Başqa sözlə, paytaxt sakinlərinin içməli suya olan tələbatı ödənilsə də, kəmərlərə və suyun təmizlənməsinə nəzarətin olmaması ortaya daha təhlükəli problemlər çıxarır. Ən pisi də budur ki, hələ də Azərbaycanın milli su standartları yoxdur. Buna görə də ekspertlər bildirirlər ki, həm su kəmərlərinin tikintisi dövründə, həm də artıq istifadədə olan su ehtiyatlarında keyfiyyət üzrə nümunələr keçmiş SSRİ-nin qalmış standartlar əsasında analiz olunur.

Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir - ARAŞDIRMANIN QORXULU NƏTİCƏSİ - FOTOLAR

Gündəlik əhaliyə verilən içməli su - Tullantı səviyyəsində

Suyun keyfiyyətinə dair 15-ə qədər standart olsa da, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları bütün ölkələr üçün qəbulediləndir və əsasdır. Lakin içməli suyun tərkibində qurğuşundan tutmu, ən zəhərli və ən ağır metalların olduğu Azərbaycanda bu standarlara əməl edilmir. Su kəmərlərinin daxildən paslanması və sutəmizləyici qurğuların müasir standartlara cavab verməməsi milyonlarla insanı onkoloji xəstəliklər, iflic, yoluxucu xəstəliklər və nəhayət ölüm qarşısında qoyub. Aidiyyatı qurumlar isə insanları bu təhlükədən sığortalamaq üçün tələsmirlər.

Fakt göz qabağındadır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və digər qurumların məlumatına görə, normativlər ÜST-ün tələblərinə tamamilə cavab verir. Lakin Cebhe.info-nun apardığı araşdırma ortaya qorxulu mənzərə çıxardı. Elektroliz cihazı ilə içməli su üzərində apardığımız kiçik təcrübə ilə insanları arxayın salmaq üçün verilmiş açıqlamaların aldadıcı yalandan başqa heç nə olmadığını isbat etdi.

Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir - ARAŞDIRMANIN QORXULU NƏTİCƏSİ - FOTOLAR

Qaynadılmış su - Texniki səviyyədə

Suyun normaları


Xatırladaq ki, su ilə bağlı qəbul edilmiş normativlər bütün ölkələr üçün keçərlidir. Məsələn, 0-60 ppm arasındakı su ideal səviyyədə sayılır. Bu normaya cavab verən su içmək, yemək bişirmək kimi gündəlik məişət işlərinə yararlı hesab olunur.

60-120 ppm arasındakı su şəbəkə suyu normasına cavab verir. Bu normadakı su yalnız meyvə-tərəvəz yumaq və s. bu kimi məişət işlərinə yarayır.

120-200 ppm texniki su səviyyəsidir ki, bu sudan daha çox ağac suvarmaq, avtomobil yumaq və s. kimi işlər üçün istifadə edilməlidir.

200-300 ppm tullantı su səviyyəsidir ki, kanalizasiyaya axıtmaqdan başqa heç nəyə yaramır. Lakin qorxulu haldır ki, bu sudan Azərbaycanda içməli su kimi istifadə edirlər.

Əslində nə içirik?

Apardığımız təcrübəyə gəlincə, burada qablaşdırılmış, gündəlik əhaliyə verilən və qaynadılmış suyu əsas götürdük. Evlərə verilən su 227 ppm, yəni tullantı suyu səviyyəsində çıxdı. Suyu parçalayan elektroliz cihazıonun tərkibindəki xlor, qurğuşun, civə və digər ağır metalları üzə çıxardı. Sudakı daş parçaları 5 mikrondan da böyük idi ki, bu, böyrək xəstəliklərinin əsas mənbəyidir. Qeyd olunan metallar və daş suyun yod tərkibini də “öldürür”. Bu da vərəm çöpü deməkdir. Yəni, biz əslində hər gün su yox, vərəm çöpü, “xərçəng” və digər xəstəlikləri içirik.

Xərçəng, vərəm, ölüm: Bakıda əhaliyə içməli su adıyla bunlar verilir - ARAŞDIRMANIN QORXULU NƏTİCƏSİ - FOTOLAR

Qablaşdırılmış su - İdeal səviyyədə

Qaynadılmış suyun tərkibindəki zərərli elementlərin məhv olduğu deyilsə də, bu, Bakıda əhaliyə verilən suya aid deyil. Çünki qaynadılmış su da insanları təhlükədən sığortalamır. Bakıda insanlara verilən suyun qaynadılması onu yalnız texniki su səviyyəsinədək endirir ki, bu da içməyə yox, digər məişət işlərinə yararlıdır.

Qablaşdırılmış su üzərində apardığımız təcrübədə isə suyun üzərində yalnız yod qalmışdı. Bu, ideal su səviyyəsində idi.

Başqa ölkələrdə

Qeyd edək ki, ABŞ və Avropa ölkələrində, o cümlədən, qonşu dövlətlərdə - Türkiyə və Gürcüstanda suyun keyfiyyət göstəriciləri xüsusi qanunvericilik əsasında tənzimlənir. Məsələn, İsveçrədə sudan istifadə qida sənayesi məsələlərinin tənzimlənməsi ilə məşğul olan qanunvericilikdə, Almaniyada – sanitar-epidemioloji nəzarət üzrə federal qanunvericilikdə, ABŞ-da qanunvericiliyin ayrıca bölməsində əks olunub.

Mənsur Rəğbətoğlu
Tarix: 26-10-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti