“Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərə direktor təyin edəndən sonra bir nəzarət etsin ki, onlar da sevgililərini, saxladığlarını məktəbə katibə, laborant vəzifəsinə götürməsinlər”.
Siam.az xəbər verir ki, bufikirləri tanınmış təhsil eksperti Kamran Əsədov bildirib.
K.Əsədov direktorlara aşağıdakı ittihamları da irəli sürüb:
“Tədris ili başlayan kimi bunlar da başladı. X-XI sinif şagirdlərindən aylıq, illik pul alıb buraxmaqları azdır, indi dərs saatı bölgüsünə də müəllimlərdən 50-100 manatdan pul yığmağa başlayıblar.
Xəzər rayon Binə qəsəbəsində olan məktəblər və onların direktorlarının qanunusuz əməlləri barədə gələn həftə ərzində tədbir görülməsə, baş verən hadisələrdə hər iki qurumun marağı və əli olduğunu qəbul edib məsələni daha açıq şəkildə yazacam”.
Siam.az