Şamaxı yolunda Demirçi Hotel&Clubda 1 çaynik çay 20 manatadır - FOTOFAKT
Teref.az turistlərin getdikləri yerlərdə hər şeyin bahalaşdığı haqda mövzunun aktuallığını nəzərə alaraq sosial şəbəkə istifadəçisinin paylaşdığı bir mövzunu diqqətinizə çatdırır. Biraz əvvəl yaxın dostlardan biri mənə deyir ki, Şamaxıya gedəndə yol üstü Demirçi Hotel&Club adlı yerdə saxladıq.Bir çaynik çay istədik.Çayı içib, hesabı istəyəndə çay burnumuzdan gəldi.Bir çaynik çaya görə astronomik qiymət 20 manat çay pulu, hələ utanmazcasına 3 manatda servis pulu aldılar. Mənə maraqlıdır o çayın içində nə olub ? 2.5 kq ətin qiymətinə çay satırlar.
Sonrada deyirlər ki, niyə xalqımız rayonlara getmir, xaricə gedirlər.Siz Gürcüstandan Macarıstana olan təyyarə biletinə çay satanda, əlbəttə vətəndaşda xaricə gedəcək. Həqiqətəndə 5 nəfərə 1 çaynik sadə saya görə 20 manat almaq ən azından insafsızlıqdır. Lakin burda daha bir məqam isə görəsən bu "obyekt"-lər vergi verəndə necə verirlər? Hesbları müştərilərdən belə tariflə aldıqları kimi, verginidə yüksək tariflə verirlər? Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq! Teref.az