Təzqiyin ölçülməsində yol verdiyiniz 5 SƏHV - Buna görə nəticə aldadıcı olur...

 Çox insanlar istər elektron, istər adi təzyiq aparatı ilə arterial təzyiqi özləri ölçdükdə bu səhvləri edir. Qaydaları bilməmək və düzgün ölçməmək təzyiqi yanlış göstərir və dərmanın dozasını düzgün seçməyə mane olur. Bu isə təhlükəli ola bilər.

Moderator.az medicina.az-a istinadən təzyiq ölçərkən yol verilən 5 səhvi təqdim edir:

1.Bir qolda ölçürsüz

Bu, aşağı rəqəm verə bilər və insanı çaşdırar. Qaydaya görə, təzyiq hər iki qolda ardıcıl ölçülməlidir. Adətən bir qolda təzyiq o birindən aşağı olur. Həll edici rəqəm yüksək olan rəqəmdir. 

Eləcə də xəstədə hipertoniya diaqnozunu dəqiqləşdirəndə monitorinq apararkən hər iki qolda aparılır. Hansı qolda təzyiq çox vaxt yüksək olursa, gələcəkdə elə qolda ölçmək kifayətdir

2.Manjet ya boşdur, ya da çox sıxır

Bu da yalançı nəticə verir. Təzyiq olduğundan yüksək çıxır. Eləcə də lazım olduğundan çox sıxmaq da yuxarı təzyiqi aşağı, aşağı təzyiqi isə yuxarı göstərəcək


3.Qol geyimin altında sıxılır

Çox vaxt təzyiqi ölçəndə paltarın qolunu yuxarı çəkib çiyindən qolu sıxırsızsa, bu zaman təzyiq olduğundan yüksək göstərəcək. Nazik köynək, koftada həkimlər qolu çirmələmədən, elə üstdən manjeti bağlamağı tövsiyyə edir. 

4.Yedikdən sonra təzyiqi ölçürsüz

Orqanizm qida qəbul etdikdən sonra qan həzm orqanlarına toplanır ki, qidanı parçalasın. Bu zaman təzyiqi ölçəndə olduğundan aşağı göstərəcək bu da yanlışdır. Ona görə qidadan əvvəl və ya 1 saat sonra ölçün

5.Çay, qəhvə və içkidən sonra ölçürsüz?

Bunları içdikdə təzyiqi onsuz da qaldırır, damarları genişləndirir. Amma alkoqollu içkini içdikdən sonrakı 30 dəqiqədə damarlar genişlənir, təzyiq bir az aşağı düşür. Amma sonra olduğundan da yuxarı çıxır. Ona görə bu içkilərdən bir qədər sonra təzyiqi ölçün.
Tarix: 13-10-2019, 11:01
Xəbəri paylaş





Xəbər lenti