Gürcüstandan 2870, Azərbaycandan isə 7250 manat – Bizdə Həccə getmək niyə bahadır?
"Həcc ziyarətinin ölkəmizdə belə baha başa gəlməsi dini korrupsiya ilə bağlıdır”.Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstandan Həcc ziyasətinə getmək üçün tələb olunan məbləğ 2870 manat olduğu halda, Azərbaycandan anoloji ziyarətin 7250 manata başa gəlməsinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:
"Qurani-Kərimə görə əslində həcc ziyarəti azaddır. Azərbaycanda isə pul qazanmaq üçün Həcc ziyarətilə bağlı müəyyən məhduddiyyət qoyublar. Dövlət tərəfindən hər il həccə getməklə bağlı müəyyən kvota ayrılır. Belədə Həcc getmək istəyənlərin sayı çox olan kimi, ziyarətin qiymətini də qaldırırlar. Bu da əslində böyük günahdır. Bəlkə biri Həccə piyada, digəri atla getmək istəyir.Amma məcbur edirlər ki, öz bildikləri qaydada aparıb, gətirsinlər. Bu da əslində Həcc ziyarətinin mahiyyətinə ziddir. Həcc ziyarətinin ölkəmizdə belə baha başa gəlməsi dini korrupsiya ilə bağlıdır. Hansı ki, bunun da İslam dinilə, həcc ziyarətilə heç bir əlaqəsi yoxdur”. S. Cəlaloğlunun fikrincə, bu ziyarətin ölkəmizdə baha olması əslində vətəndaşların həccə getməsinin qarşısını almaq üçün düşünülmüş metoddur:
"Belədə Həcc ziyarətinə o qədər yüksək vəsait verənlər gedə bilirlər ki, həmin pulu da Azərbaycanda yalnız korrupsiya yolu ilə əldə etmək olar. Nadir hallarda halal yolla kimsə pul qazanıb həmin məbləği ödəməklə Həccə gedə bilər. Bu müstəvidə ölkəmizdə Həcc ziyarətinin baha başa gəlməsini ancaq və ancaq Azərbaycanda mövcud olan korrupsiya ənənəsilə izah edərdim. Gürcüstanda isə belə belə ənənə olmadığından oradan insanlar həcc ziyarətinə real qiymətlərlə gedirlər”.Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsilə (QMİ) əlaqə saxlasaq da, qurumun mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.
Siam.az
Tarix: 9-11-2019, 09:28