Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir həftə ərzində Bakıda şadlıq saraylarında aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
AzFakt.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimovun açıqlamasından aydın olub ki, ən çox pozuntu halları Nizami rayonunda yaşanır.
Belə ki, bu rayondakı Cənnət, Xan bağı, Xan sarayı, Madonna, Milord, Hissa, Grace Hall, Ayla şadlıq sarayları, Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan artıq olub.
Binəqədi rayonunda Sonalar sonası, Qızıl tac, Şahənşah, Mələk, Oğuz xan, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Elgün, Neapol, Movida, Mirana, Leyla, Şəhzadə, Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Dan ulduzu, Şəhanə, Tural, Nurlan və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır.
Xatırladaq ki, Nizami və Nərimanov rayonlarınnda adıçəkilən şadlıq saraylarından bəziləri Bakının 3 rayon icra başçısına məxsusdur. Həmin şadlıq evlərini onlar həyat yoldaşları və övladlarının adına sənədləşdiriblər.
Təəssüf ki, bu faktları təsdiq edən rəsmi sənədə sahib deyilik, o səbəbdən də yaza bilmirik...(Mia.az)
Tarix: 11-11-2019, 22:52