Azərbaycanda uşaq pulu məsələsinə birdəfəlik möhür vuruldu. Əziz körpələr, uşaqlar və atalar-analar, daha uşaq pulunu gözləməyin!
Reportyor.info xəbər verir ki, həşəmətli, möhtərəm, islahatçı, əziz və ən gənc əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu söhbətə nöqtəni qoydu.
Nazir deputatların uşaq pulu verilməsi ilə bağlı təklifinə cavab olaraq təxminən belə şərh verdi ki, hökumətimiz kasıbdır, dövlətin imkanı, gücü çatmır, bu qədər pulu verə bilməyəcəyik.
S.Babayevin sözlərindən belə çıxdı ki, ölkədə uşaq çoxdur, (yəni doğmayın) 18-35 milyard vəsait xərcləyə bilmərik.
Sitat: “Ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir.
Uşaq pulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil.Ənazı 5 illik, 10 illik proqramlardır. Bunun üçünü umumilikdə 18-35 milyard vəsait xərclənməlidir”.
Vəssalam, şuttamam!!! Nazir demək istəyir ki, böyüklər kiçiklərin puluna göz dikib, bu qədər vəsaiti millətə verə bilmərik.
Əsas odur ki, məmur uşaqları yağın-balın içində yaşayırlar, xaricdə şirkətlər açırlar, kurortlarda gəzirlər, “Galenvagen”də adamları qarışqa kimi tapdalayırlar.
Qoy nazirlərin, məmurların balaları yaxşı yaşasınlar, millət necə tarac olur-olsun, nə işimiz var?! Di salamat qalın, uşaq pulunu yuxuda görərsiniz…