Milli Məclisdəki büdcə müzakirələrində siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təkliflərin nəzərə alınmasına görə maliyyə nazirinin dedikləri partiya təmsilçiləri olan deputatları məmnun etdi. Komitə sədri Siyavuş Novruzov bu məsələyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. Deputat dedi ki, bu, siyasi partiyaların fəaliyyət imkanlarını genişləndirəcək.
Deputat Fazil Mustafa da öz növbəsində minnətdarlığını bildirdi. Eyni zamanda BAXCP rəhbərliyinin də təşəkkürünü ölkə rəhbərliyinə və hökumətə çatdırdı.
F.Mustafa bəzi təkliflərini də səsləndirdi: “Anaların sosial müdafiəsi ilə bağlı addımlar atmaq lazımdır. Bizdə analıq məzuniyyətinə görə ödəniş 14 faizdir. Dünya ölkələrində bu, 100 faizdir. Postsovet məkanında isə 50 fazidir. Uşağa münasibətə görə bunu etməliyik. Uşağın günahı deyil ki, anası işləmir. Bu istiqamətdə addım atmalıyıq ki, ana uşağını sağlam böyütsün”. F.Mustafa aliment hüquqi ilə bağlı problemlərə də diqqət çəkdi./musavat.com/
Deputat Fəzail Ağamalı da ölkə prezidentinə siyasi partiyalara ayrılan vəsaitin arıtılmasına görə təşəkkür etdi.