Səhiyyə sistemi icbari tibbi sığorta öncəsi “sinifdə qaldı”


Səhiyyə sistemi icbari tibbi sığorta öncəsi “sinifdə qaldı”

"Gələn il icbari tibbi sığorta sistemi işə düşəcək. Vətəndaş səhiyyə sistemində özü ilə bağlı olan məlumatları onlayn formada əldə edə bilirmi? SMS məlumatlandırma varmı? Hansı xidmətləri elektron fromada əldə edə bilir? Həkim qəbuluna yazılma üzrə e-növbə sistemi varmı?”

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz açıqlama verib. Səhiyyə sisteminin nə dərəcədə rəqəmsallaşmasını şərh edən O.Gündüz tənqidi fikirlər səsləndirib:

"MyGov-a daxil olarkən ümumiyyətlə burada Səhiyyə Nazirliyinin adına rast gəlmək mümkün deyil.

Normalda gərək vətəndaş myGov-a daxil olanda özünün təhkim olunduğu pöliklinika, indiyədək işlətdiyi reseptlər, müraciət etdiyi həkimlər və s. digər zəruri məlumatları əldə edə bilməliydi. Heç olmasa ASAN imza və ya e-imzaya malik olan vətəndaşlar üçün gərək indiyədək bu tip məlumatlar əlçatan olaydı.

Qısa bir monitoriq aparmaqla müəyyən etmək olur ki səhiyyə sistemində vətəndaşların məlumatlandırılması sistemi təkmil qurulmayıb. 

Özüm şahidiyəm ki hətta güzəştli dərman almaq hüququna malik olan məhdud bir təbəqə üçün adi SMS məlumatlandırma sistemi qurulmayıb. Bu tip dərmanlar adi, xaotik qaydada xəstələrə verilir. Xidmət heç olmasa qismən elektronlaşmayıb. 

Dövlət xəstəxanalarında həkim qəbuluna yazılmaqla bağlı e-növbə sistemi də qurulmayıb.

İcbari tibbi sığortaya keçməzədn öncə səhiyyə sisteminin rəqəmsallaşması gücləndirilməlidir. Səhiyyə sisteminin  İKT hazırlığının, tib müəssisələrinin İKT təminatının monitorinq olunması və gücləndirilməsi vacibdir...  

Düşünürəm ki rayon mərkəzləri və kəndlərdə dövlət xəstəxanalarının İKT təminatı və personalın İKT bacarıqlarının artlrılması üçün əlavə tədbirlər görülməlidir.

Səhiyyənin rəqəmsallaşması icbari sığorta prosesinin daha effektiv həyata keçirilməsinə, daha təkmil nəzarət mexaniizmləri qurmağa kömək edə bilərdi".

Ekspert qeyd edib ki, VXSİ Dövlət Agentliyinin  dövlət xidmətlərinin ASAN Xidmət İndeksi ilə qiymətləndirilməsi üzrə Reytinq Cədvəlində Səhiyyə Nazirliyi ən aşağı göstəricilər əldə edən dövlət qurumlarından olub.

Tarix: 5-12-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti