“Oksigen” klinikasında kəsilən nəfəsimiz... - İTTİHAM

“Oksigen” klinikasında kəsilən nəfəsimiz...
Azərbaycanda klinikaların morqlara, meyitxanalara, sallaqxanalara çevrildiyi tez-tez baş verən ölümlərlə, həkim səhlənkarlığıyla bir daha öz təsdiqini tapır.

Reportyor.info xəbər verir ki, növbəti həkim “terroru” “Oksigen” klinikasında olub.

“Oksigen” klinikasında 10 gün əvvəl mədəsindəki şişdən əməliyyat olunan 70 yaşlı Fazil Fətəliyevin vəziyyəti ağırlaşaraq dünyasını dəyişib.Xəstə yaxınları cərrah Ruslan Həsənovu birbaşa günahkar hesab edir. Bu haqda ətraflı bir qədər sonra…

Lakin bu, “Oksigen” klinikasında ilk belə hadisə deyil. 1966- cı il təvəllüdllü, Kəlbəcər qaçqını Orucov Bara sidik kanalına 6 mm ölçüdə daş düşməsi səbəbindən “Oksigen” klinikasına üz tutub.

Barat Orucovun yaxınının dediyinə görə, bu ilin mayın 18-də “Oksigen” klinikasında onu Vüsal adlı həkim əməliyyat edib və daşı xaric ediblər. Lakin əməliyyatdan sonra Barat Orucovun vəziyyəti kəskin ağırlaşıb.

Xəstə bir neçə başqa yerdə müayinədən keçib və məlum olub ki, əməliyyat vaxtı həkimlərin səhvi səbəbində onun orqanizminə infeksiya düşüb.

Digər bir fakt: 2016-cı ildə Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramilin sözlərinə görə, “Oksigen” klinikasında əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu ölüb.

Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyünü bildirərək hüquq-mühafizə orqanlarına şikayət etmişdilər.

2012-ci ildə isə Günel Səfərli adlı bir xanım klinikanın xaricdə təhsil alan həkimi İlahə Quliyeva tərəfindən əməliyyat ediləndən sonra komaya düşüb.

Bundan sonra, xəstə Mərkəzi Neftçilər, daha sonra isə Mərkəzi Kilinik Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Yəni, “Oksigen” adı daşıyan və insanların oksigenini birdəfəlik alan bu tibb ocağının demək olar ki, bütün tarixlərində ölüm faktları qeydə alınıb.

Məsələn, 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpə də həkim səhlənkarlığının qurbanı olub. O və körpəsi “Oksigen”dəəməliyyat stolunda canını tapşırıb.

Adıçəkilən tibb müəssisəsində Rauf Nəbiyev adlı şəxsin də başına olmazın müsibətlər gətirilib. Öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb.

Lakin onun xərçəng xəstəsi olması nədənsə gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb.

Mərhumun yaxınları tərəfindən 4 min manat ödəniş olunub, Nəbiyevin əməliyyatında iştirak edən tibb personalı onun xərçəng xəstəsi olduğunu deməyib. Bu isə sonda pasiyentin dünyasını dəyişməsilə nəticələnib.

***

Son ölüm hadisəsinə gəlincə, mərhum Fazil Fətəliyevə müayinədən sonra deyilib ki, mədəsində şiş var, təcili əməliyyat olmalıdır. Yaxınları təfsilatı açıqlayıb: “Xəstə bu diaqnozun stressindən 1 həftə içində 10 kilo arıqlamışdı.

Fazil dayım öz ayaqları ilə xəstəxanaya gedib, normal şəkildə…Əməliyyatdan 3 gün sonra evə yazılıb, amma 1 gün sonra ağrıları başlayıb.

Həkimə zəng ediblər, deyib keçəcək, amma bir neçə gün sonra ağrı dözülməz olanda klinikaya gediblər”,-deyə yaxını bildirib.

Növbəti müayinə zamanı məlum olub ki, əməliyyat yerinin tikişləri sökülüb, açılıb və daxili orqanlara çirk, su yığılır.

Şikayətçinin sözlərinə görə, həkim özü səhvini etiraf edib: “Dedi aparatımız xarab oldu, məcbur olub, əlimlə tikdim. Tikdiyi də belə….

Aparat xarab olub deyə xəstəni əməliyyat otağında 7 saat saxlayıblar, bizə də demirlər.Sonra xəstəni Əhmədlidəbir klinikaya aparıblar, 2-3 saat da orada qalıb. 2000 manat da orada xərclənib.

Amma Ruslan Həsənov öz səhvi, yarıtmaz işi ucbatından ağır vəziyyətə düşən xəstəni təkrar öz klinikasına yatırmayıb, başqa həkimə göndərib. Çünki görüb ki, vəziyyət ağırdır, savadı yetməyəcək.

Digər özəl klinikada 10 gün yatsa da, nə yemək yeyə bilirdi, nə su içə…Hər yeri şlanq idi, ciyərlərinə su gəlmişdi.

Elə şlanqlar üzərində ola-ola da evə yazdılar. Amma evdə daxili qanaxma baş verdi, sabahı yenidən reanimasiyaya yerləşdirdilər.

Bir sözlə, başına gəlməyən qalmadı. Narkoz altında yaranı yenidən açıb yandırmaqla qanaxmanı saxlamaq istədilər, xəstə çox zəifləmişdi deyə, üçüncü narkozdan ayılmadı. Beləcə, onu gözümüz görə-görə itirdik. Xəstənin bədəni dəlik-deşik idi”.

Xəstə yaxını deyir ki, mədədəki əməliyyat üçün “Oksigen” klinikasına 5000 manatverilib. Bu məbləğ mədədən şişi götürmək üçün bahadır.

“Onun fikri-zikri pul idi. Xəstə ağırlaşanda dedilər pul da verərik, təki ölməsin, boynundan atdı. Sonrakı klinikada çəkilən xərcləri isə demək istəmirik, dəhşət böyük məbləğ idi, amma hər şey boşuna getdi.

Bəlkə də Fazil dayım o şişlə 1 il yaşayacaqdı, amma bu özünə uzman deyən Ruslan Həsənovun səhvi ucbatından 1 ay yaşamadı”.

Qeyd edək ki, klinika keçmiş deputat, ”Odlar Yurdu” universitetinin rəhbəri, “Muğanbank”ınsəhmdarlarından biri Əhməd Vəliyevə məxsusdur. Biz sadəcə, faktları təqdim etdik və görünür ki, hər il bu klinikada ölüm olmasına söz verilib…
Tarix: 9-12-2019, 10:05
Xəbəri paylaş





Xəbər lenti