Qarabağ əlili: “20 ildir mağaza anbarında yaşayıram” - VİDEO



Birinci qrup Qarabağ əlili Natiq Abbasov Mingəçevir şəhərindəki mağazalardan birinin anbarında 20 ildən artıqdır ki, ailəsi ilə birlikdə yaşayır. Bir ayağını itirmiş, digərini isə yaranmış problemlərə görə yavaş-yavaş itirən Qarabağ əlili acınacaqlı vəziyyətdə olduğunu bildirir.
Bu günlərdə Yeniavaz.com olaraq Qarabağ əlilinin yaşadığı mənzildə olduq. Natiq Abbasov Mingəçevir şəhərində anadan olub. 1992-ci ildən 1994-cü ilə qədər Ağdam, Ağdərə, Goranboy istiqamətində gedən  döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda vuruşub. Daxili Qoşunların N saylı hərbi hissəsinin əsgəri olub. Goranboy döyüşlərində yaralanıb. Natiq bildirir ki, Mingəçevir şəhərində icra  başçı vəzifəsində işləmiş iki icra başçısına yaşayışımla bağlı müraciət etmişəm. Gəlib baxıblar amma heç bir tədbir görməyiblər: “6 ay bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Mingəçevirdə vətəndaşları qəbul edəndə mən də vəziyyətimlə bağlı müraciət etdim. Mənim  vəziyyətimlə bağlı Sahil Babayevin xəbəri var. Aidiyyətı qurumlar hamısı bilir ki, mən hansı şəriatdə yaşayıram. Mingəçevir GEM stansiyası (Gigiyena və Epidemiologiya Mərkəzi) mənzilə baxış keçirib və rəy verib ki, bu anbarda yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Bu rəyə də baxan olmayıb. Mən iki övladım və həyat yoldaşımla birgə bu anbarda siçan, siçovul, kərtənkələ ilə birlikdə yaşayırıq. Yatmağa yerim yoxdur, acınacaqlı vəziyyətdəyəm. Antisanitar vəziyyət, nəmişlik övladlarımı və məni xəstəliyə salıb. Ayaqyolu və hamam yoxdur. Artıq mənim bu gündən sabaha ümidim yoxdur. Mən də bir ata kimi övlad toyu görmək istəyirəm. Yetkinlik yaşına çatmış bir qız və 25 yaşlı oğum var. Onların evlənmək vaxtı ötür lakin, buna yaşadığımız şərait imkan vermir. Xahiş edirəm aidiyyatı qurumlar səsimə səs versin”.

Tarix: 11-12-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti