2020-ci ilin ulduz falı: Kim çox pul qazanacaq? – Bütün bürclər


2020-ci ilin ulduz falı: Kim çox pul qazanacaq? –

2020-ci ilə daxil olmağımıza çox az qalıb. Çin təqviminə əsasən, 2020-ci il hiyləgər, çevik, təhlükəli və ağıllı Ağ Siçan ili üzərində təhvil olunacaq. Bəs Siçan ili bürclərə nə vəd edir?

Qoç 

Gələn il bu bürclər sınanacaqlar. Hədəflərinizə nail olmaq asan başa gəlməyəcək. Daha çevik olmalı, hədəflərə diplomatiya ilə nail olmağı sınamalı olacaqsız. Qoçları aprel ayında karyera yüksəlişi gözləyir. Sentyabr və oktyabr ayları  isə ən çox problemlərin yaşanacağı və emosional cəhətdən qarışıq dövrlər olacaq.  Bütün bunlara baxmayaraq, məqsədlərinizdən imtina etməsəniz bu il müsbət notlarla başa çatacaq. 

Buğa 

2020-ci il sizin iliniz olacaq. Məqsədyönlü olmağınız fayda verəcək. Ailə və şəxsi münasibətlərdə daha diqqətli olmaq lazımdır. Səyahət və təhsildə uğurlar əldə edə biləcəksiniz.   Həyatınızı kökündən dəyişdirmək imkanı ilə qarşılaşacaqsız. Payıza doğru səhhətinizə daha çox diqqət etməlisiniz. Bu il bütün şansları lazımlı qiymətləndirə bilsəniz, yaxın 20 ildə inkişaf və uğur daim sizinlə olacaq.

Əkizlər

Nikbin il olacaq. Yeni tanışlıqlar, cəlbedici təkliflər sizi gözləyir lakin təhsil müddətində və səyahətdə tanış olduğunuz insanlara diqqət yetirməlisiniz. Yanvar və noyabr ayları sizin üçün daha hərəkətli keçəcək. Noyabrdakı ay tutulması şəxsi münasibətlərinizə mənfi təsir göstərə bilə, lakin bu hal müvəqqətidir.   Subaysınızsa, bu il ailə qura, və ya nişanlana bilərsiz. Perspektivli iş təklifi almaq ehtimalınız da var.

Xərçəng 

Bu il ciddi seçimlər qarşısında qalacaqsız. Hərəkətə keçmək və ya arzularından imtina etmək barədə bu il verəcəyiniz qərar bütün gələcəyinizə təsir edəcək. Yanvar ayındakı ay tutulması münasibətlərinizə mənfi yöndən təsir etsə də, iyundakı günəş  tutulması bunun tamamilə əksi olacaq və uğur qazanacaqsınız. Hüquqi məsələlərdə ehtiyatlı olmalısınız.  Qətiyyətli olmaq tövsiyə olunur. Pozitiv dəyişikliklər isytəyirsinizsə, qınınızdan çıxmalı olacaqsız. 

Şir

 İlin birinci yarısı sizin üçün heç də asan keçməyəcək. Gözlənilməz itkilər və planlarınızın pozulması labüddür. Bu il şirlər fərqli bir cığır izləməyə başlayacaqsınız.  Şirlərin daxili aləmindəki dəyişikliklər yanvar ayında mənfi olsa da,  iyunda müsbətə doğru dəyişəcək. Sentyabr ayında təhsilə, səyahətə və yeni insanlara qarşı ehtiyatlı olmaq lazımdır. May ayında stress keçirə bilərsizniz. Aprel ayında karyera və iş həyatındakı çətinliklərə hazır olmalısınız. 

Bütün problemləri bir anda həll etməyə çalışmayın. İradəli olsanız, ilin ikinci yarısında rahat nəfəs ala biləcəksiz.

Qız 

Siçan sizə uğur gətirəcək. Firavan və rahat bir il keçirəcəksiz. Bütün enerjini inkişafınıza yönəltsəniz, bu uğuru gələcək illərə də daşıya biləcəksiz. 

Qızların bu il sevgidə  bəxtləri gətirəcək.  2020-ci il emosional cəhətdən məhsuldar bir il olacaq. İş həyatının yorğunluğudan, stresindən uzaq olmalı və sağlamlığınıza diqqət etməlisiniz. 

Tərəzi

Ailə problemləri ilə üzləşəcəksiniz. Dostlarınızı itirmək riskiniz var. Hisslərinizə qulaq verməli, düzgün qərarlar verməlisiniz.  Münasibətlər baxımında  ilin sonunda sizi uğurlar gözləyir. Bu il həyatınızda tarazlığı tapmaq bir az daha asan olacaq. Valideyn olmaq şansınız var. 

Əqrəb

İl çətin keçəcək. Sizə qarşı təzyiqlər artacaq. Buna hazır olamsanız belə, əlavə məsuliyyət və öhdəlikləri öz üzərinizə götürməli olacaqsınız. Tələskən davranmayın. Aprel ayında evlilikdə bəzi problemlər yaşaya bilərsiniz. May ayı sizin üçün həm emosional, həm də hüquqi baxımdan gərgin keçəcək.  Sentyabr-noyabr aylarında sağlamlığınızda problemlər yarana bilər. Bu il  iş yükünüz arta bilər.

Oxatan 

Həyatınızdakı lazımsız hər şeyi təmizləyəcəyiniz bir il olacaq. Pul və iş həyatı baxımından 2020-ci il  olduqca şanslı keçəcək. Qazancınızı  artıra bilərsiniz . Öz ətraf mühitinizi nəzərdən keçirməli və sizi zəiflədən və inkişaf etməyinizə imkan verməyən şəxslərdən xilas olmalısınız. Ani qərarlar verməyin. Aprel ayında oxatanların  enerjisi az olacaq və xəstəliklərə qarşı daha  həssas olacaqlar.Sentyabr – noyabr aylarında eşq həyatınız təhlükə altında olacaq.  Dekabrdakı günəş tutulması isə 2021-ci il üçün əhəmiyyətli qapıları üzünüzə açacaq.

Oğlaq 

Yeni yerlər, yeni insanlar, yeni dadlar kəşf edəcəksiniz. Nəhayət bu il bəzi məsələlərdə güzəştə getməyi öyrənəcəksiz. Bu il həm də ailə qurmaq, yeni tanışlıqlar üçün əlverişlidir. May və iyun ayları sizin üçün  olduqca yorucu keçəcək. Aprel ayında eşq həyatınızda problemlər yaranacaq. Payızda, xüsusilə ailə məsələlərində problemlər yarana bilər. Həmin dövrdə gərginliyə qapılmamaq və səbirli olmaq lazımdır. 

Dolça 

İlə böyük ruh yüksəkliyi ilə daxil olacaqsız. Çoxlu rəngarəng planlarınız var. Planlarınız həqiqətən reallaşa bilər. Bunun üçün qərarlarınızda qəti olmalısınız.  Bu il intuisiyanızın gücləndiyinin şahidi olacaqsınız.  Ancaq bəzi dövrlərdə özünüzü təzyiq altında hiss edə bilərsiniz. Yanvar ayında sağlamlığınıza və iş həyatınıza qarşı daha diqqətli olmalısınız. İlin sonuna doğru uğur əldə edəcəyiniz gözlənilir. 

Balıq

Həyatınız əhəmiyyətli dərəcədə dəyişəcək. Qorxu hissindən azad olun və özgüvəninizi artırın. May və noyabr aylarında ailə problemləri ilə üzləşə bilərsiniz. Balıqlar incə ruhlu olduqları üçün bu problemlər onları sarsıda bilər, lakin güclü olmaq lazımdır. Yanvar ayında şansınıza çox da etibar etməyin. Ani qərarlardan uzaq olun. İlin sonunda  sizi sürpriz gözləyir. Məmnunluqla deyə biləcəksiniz ki, öz inkişafınızda böyük bir addım atdınız./Yenisabah.az/  

 Siam.az

Tarix: 21-12-2019, 22:28
Xəbəri paylaş





Xəbər lenti