GÖZDƏN ƏLİLLƏR DAHA HEÇ KİMƏ İNANMIR...

Bir qrup gözdən əlil vətəndaş illərdir öz haqlarına quvuşa bilmir. Onlardan bəzisi ev növbəsində olsa da mənzil sahibi ola bilməyib. Nərimanov rayonu ərazisində gözdən əlillər üçün tikilən binadakı mənzillərin digər şəxslərə satıldığını iddia edirlər. Həmin binada ev alan sakinlər binanın həyətinin Cəmiyyətin sədri Səmyar Abdullayev tərəfindən satıldığını düşünür. Bu məqsədlə aidiyyatı qurumlara şikayətlər edilib.

Səhərsalma və Arxiektura Komitəsinin nümayəndəsi sakinləri dinləyib, həyətdə əlavə heç bir tikinti obyekti olmayacağını bildirib. Cəmiyyətin sədri də hasarlamanın təhlükəsizlik qaydalarına əməl edilməsi üçün həyata keçirildiyini deyib. Buna baxmayaraq gözdən əlil vətəndaşlar onlara inanmadıqlarını bildirib. İllərdir aldanılmaqlarını buna əsas gətiriblər.

Azadlıq.info

Tarix: 30-12-2019, 08:12
Xəbəri paylaş





Xəbər lenti