Türkiyənin Maliyyə Nazirliyi sosial media istifadəçilərinə rəsmi xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, nazirlik onun adından istifadə edən saxta səhifələrin sosial media istifadəçilərini aldadaraq onların bank rekvizitlərini ələ keçirdiyini bildirib.
Xəbərdarlıqda qeyd olunur ki, qurumun adı və logosu olan bir çox saxta səhifə fəaliyyət göstərir. Həmin saxta səhifələr sosial media istifadəçilərini aldadaraq onların şəxsi məlumatlarını almağa cəhd edir və bununla da bank hesablarını ələ keçirir. Nazirlik rəsmi olaraq bəyan edib ki, heç bir vətəndaşdan sosial media vasitəsilə şəxsi bilgilərini və ya hər hansı bank kartının fotolarını tələb etmir.