KÖRPƏLƏRİN SAĞLAMLIĞI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİ MARAQLANDIRMIR? - Və yaxud "Sevimli Dad"ın yararsız məhsulu necə "yararlı" oldu...



KÖRPƏLƏRİN SAĞLAMLIĞI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİ MARAQLANDIRMIR? - Və yaxud "Sevimli Dad"ın yararsız məhsulu necə "yararlı" oldu...

Ötən ilin oktyabr ayında Gəncə Şəhər sakini İlham Həsənov redaksiyamıza “Sevimli Dad” süd məhsulunun yararsız hala düşməsi barədə məlumat vermişdi.

Xatırladaq ki, İlham Həsənovun ailə üzvü 01.10.2019 cu il tarixdə Gəncə Şəhər Şah İsmayıl Xətai prospektində yerləşən “Gold Əminə Market” deyilən yerdən “Sevimli Dad” a məxsus inək südü alıb. Lakin süd məhsulunu evə aparıb körpə uşağa yemək hazırlamaq istəyərkən, xoşagəlməz halla rastlaşıblar.

Şikayətçi bildirir ki, “Sevimli Dad” süd məhsulu acı dad verib. Bununla bağlı İlham Həsənov rəsmi olaraq Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyinə də müraciət etmişdir.

Bu barədə Gəncə Şəhər Qida Məhsulları, Qida Təhlükəsizliyi agentliyində araşdırma aparıb. Nəticədə gülməli və əsassız bir qərar qəbul ediblər.

İlham Həsənovun ev ünvanına göndərilən məktubdan məlum olur ki, Göyçay süd ASC tərəfindən Agentliyin regional bölməsinə daxil olan məlumata əsasən süd məhsulunun keyfiyyəti ilə əlaqədar müraciətinizlə bağlı südün istehsalı zamanı qablaşdırma materialı zədələnmiş və nəticədə germetikliyi pozulmuş süd paketlərinin aşkar olunması və dərhal ticarət şəbəkələrindən götürülərək məhv edilməsi təmin edilmişdir.

Şikayətçiyə belə bir cavab yazılması həqiqətən də gülməlidir. Hesab edin ki, körpə bir uşağın talehi barəsində fikir irəli sürülmür. Ancaq öz Sevimli Dad "Göyçay Süd" zavodunun özlüyündə fikir ayrılığı yaradaraq şikayətçini başlarından etmək kimi belə bir uydurma, bir mənalı qərar qəbul ediblər. Gəncə Şəhər sakini İlham Həsənov verilən cavabdan narazı qaldlğını bildirərək, Baş Prokurorluğa müraciət edəcəyini bildirir.

Hurriyyet.org

Tarix: 3-01-2020, 21:46
Xəbəri paylaş





Xəbər lenti