Gigiyena və Epidemiologiya Mərkəzində NƏ BAŞ VERİR? - İDDİA
Səhiyyə nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzi deyəndə çoxlarının gözünün önünə müxtəlif obyektlərin dezinfeksiya edilməsi gəlir. Hətta rayonlarda bu quruma “siçan-pişik” idarəsi də deyilirdi. Ancaq çoxları bilmir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyət dairəsi çox genişdir. Nəinki təmizlik, sanitariya, gigiyena, ictimai-iaşə, mineral sular, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir. Bəli, tikinti-inşaat… Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı. Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ? Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi. İndi aydın oldumu Gigiyena və Epidemiologiya Mərkəzi düşündüyümüz kimi təkcə “siçan ovlamır”, əlində böyük imkanlar var. Həmin faciəli hadisəyə görə, Mərkəzin direktoru Akif Əlibəyov vəzifəsindən azad edildi. Əgər bu hadisə sivil ölkədə olsaydı, Akif Əlibəyov hələ də həbsdə idi. Bu Mərkəzin əməkdaşları müxtəlif ticarət obyektlərini dolaşaraq “aylıq” yığmaqla məşğuldurlar. Bu mərkəzdə direktor olaraq, Vaqif Abdullayev kimi rüşvətxor məmurlar çalışıb. Bu gün də qurumda müxtəlif vəzifələrdə çalışırlar. Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin birbaşa kuratoru səhiyyə naziri Oqtay Şirəliyevin müavini Viktor Kerimoviçdir. Və bir müddət əvvəl nazir Oqtay Şirəliyevin əmri ilə Sara Həsənova Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə direktor təyin edilib. Məlumat üçün qeyd edək ki, Sara Həsənova bu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi olub. Sara xanımın fəaliyyəti ilə bağlı növbəti yazıda bəhs edəcəyik. Ancaq onu qeyd edək ki, Sara Həsənova əsasən obyektlərdəki içkiləri nəzarətə götürüb. //gundelik-baku.com//