Mİ-6” şefi müsəlmanları Ramazan münasibətilə türkcə təbrik etdi...

Mİ-6” şefi müsəlmanları Ramazan münasibətilə türkcə təbrik etdi...
İngilis xarici kəşfiyyatı-  “MI-6”- nın başçısı və Türkiyədəki keçmiş səfir Riçard Mur müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.  O, təbriklərini “Twitter” hesabında yazıb.
 
Moderator.az xəbər verir ki, bu haqda “TRT” məlumat yayıb.
 
Şərhlərdə abunəçilərdən biri Mura türk dilində müraciət edərək: "Türkcə yaz, Riçard" –deyib. Ankaradakı diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Mur istifadəçinin mesajını görməzdən gəlməyib və yaxşı danışdığı bir dildə təbrik yayımlayıb: “Ramazan ayınız mübarek olsun”. 
 
“Mİ-6”-nın hazırkı şefi Türkiyəyə olan marağını hər şəkildə büruzə verir. Ankaradakı səfir olan zaman İstanbulun “Beşiktaş” futbol klubuna azərkeşlik edib. Rəsmi bioqrafiyasında R.Murun maraqları arasında qolf və sualtı üzgüçülükdən əlavə  türk xalçaları və çini qablar da yer alır.
 
P.S....
 
Sultan Laçın

Tarix: 17-04-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti