“Qaçqınkom”a daha bir etiraz: “Məcburi köçkünlər üçün Bakıda yeni mənzillərin tikilməsi hansı məntiqə sığır?!”




“Mətbuatın yazdığına görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib. Bu xəbərin nə qədər dəqiq olduğunu bilmədiyimdən və təəccüb hissi keçirdiyimdən rəsmi strukturlardan buna açıqlama vermələrini xahiş edirəm. Qarabağda aparılacaq genişmiqyaslı tikinti üçün maliyyə çatışmazlığının olduğu ortadadır. Qarabağın azad olduğu bir vaxtda onsuz da həddindən artıq yüklənmiş Bakını daha da yükləmək hansı məntiqə sığır?”
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
A.İsmayılov bildirib qeyd edib ki, vətəndaşların maddi durumlarının pis olduğu bir vaxtda belə addım atılmasına ehtiyac yoxdur: “Keçmiş məcburi köçkünlərin Qarabağa köç etməsinin təşviq edilməli olduğu halda, onlar üçün Bakıda yeni mənzillərin tikilməsi hansı məntiqə sığır?!”
Tarix: 1-05-2021, 09:54
Xəbəri paylaş





Xəbər lenti