Aprelin 29-da Azərbaycanın müxtəlif mətbu orqanlarında Bakı Slavyan Universitetində “140 min manatı mənimsəyən şöbə müdirinə cinayət işi açıldı” sərlövhəli yazılar dərc edilib.
Bu informasiyaya cavab olaraq universitetdən bildirilib ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin “Əlavə və qiyabi təhsil şöbəsi”nin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Təhsil Nazirliyinə və ölkənin Baş Prokurorluğuna müraciət edib. Hazırda intensiv istintaq tədbirləri davam etdirilir. Dürdanə Əliyeva ölkədən qaçıb?
Əldə etdiyimiz bəzi məlumatlara görə isə Slavyan Universitetində baş verən olay keçən ilin hadisəsidir. Dürdanə Əliyeva hələ keçən ildən ölkəni tərk edib və bir daha geri qayıtmayıb.
140 min manat isə göstərilən kiçik məbləğdir. Şöbə müdiri təxminən 600 min manata yaxın pul ələ keçirərək Bakını tərk edib. Yığılan pullar isə tək təhsil haqqı deyil, şöbə müdirinin tələblərdən yığdığı rüşvət də daxildir. Rektorun bu vaxta qədər susmağı da buna görə imiş.
Ali təhsili olan hər kəs bilir ki, universitetin 140 min manat pul toplaması bir günün işi deyil. Çünki ali məktəblərdə “kommersiya maxenasiyaları” ya qəbul, ya imtahan, ya da müxtəlif müdafiələr zamanı reallaşdırılır. “Dəllal dekanlıqlar”ın kəsir şantajlı dilənçilikləri ən çox semestr sonlarına təsadüf edir. Yəni, yarımillik dövründə hansısa yollarla fakültə, kafedra, dekanlıq və universitet rəhbərləri olmuş bəzi insanların üzü gülməyə başlayır. Bura “qayıb dolya”ları da aiddir.
Rektor niyə indi prokurorluğa müraciət edib?
Bunları hamının bildiyi halda sual yaranır ki, “Şöhrət” ordeninin sahibi olan rektor həmsoyadı olan Dürdanə haqqında Baş Prokurorluğa niyə məhz indi müraciət etdi? Onun rəhbərlik etdiyi universitetin şöbə müdirinin 140 min manat mənimsədiyi barədə xəbərlərin sosial mediada yayıldığı tarixdə. Məgər rektor öz hazırkı, yaxud eks kollektivinin fəaliyyətindən xəbərsizdir?
Bir faktı da deyək ki, ali təhsil ocaqlarının rektorları hər dərs otağından tutmuş bufetə qədər bütün baş verənlərdən agahdırlar. Çünki çox vaxt pul dövr edən şöbələrə özlərinə yaxın insanları təyin edirlər. Azərbaycanda bu tendensiya təkcə universitetləri əhatə etmir. BSU rektoru isə təhsil sistemi ilə 2016-cı ildə tanış olmayıb. Belə ki, Nurlana Əliyeva 51 il öncə (1970) metodist, ardınca müəllim, kollec direktoru, 2004-cü ildə “Əməkdar müəllim” adına layiq görülüb və s.
Bundan dolayı, dosent Əliyevanın (Dürdanə) professor Əliyevaya (Nurlana) kələk gəlməsi inandırıcı deyil.
Slavyan Universitetində hansı rüşvət mexanizmi var?
Min tələbənin yarısının bir imtahan pulu 100 AZN, kurs işi 500, diplom işi 1000 manatdan hesablansa, 6 aya 800 minə yaxın pul edir. Bu üsulla “savad kağızı”na yiyələnənlərin sayını bir az da azaltsaq, yarımmilyon pul toplanır. “Məhsul yığımı”nda əziyyəti keçənlərin payını ayırmaqla da yığılan pul mənimsənildiyi deyilən məbləğdən qat-qat çoxdur. Həm də biz sadəcə 6 ayın toplamasını apardıq. 4 illik tələbəlikdə isə bu rəqəm hər kursda ikiyə vurulur. Hələ siyahıya təmir-tikinti, maddi-texniki bazaya dövlətdən ayrılan vəsaitləri daxil etmədik.
BSU-da da rüşvət ilə bağlı xəbərlər 2019-cu ildə yayılıb. Belə ki, tələbələrdən 60 min manat pul yığılıb. Hələ bu məbləğ əsassız illik ödənişləri borcu ilə bağlıdır. Sanki tələbəyə kreditə pul verilib.
Maraqlısı budur ki, belə xəbərlər BSU-nun əvvəlki rektoru Kamal Abdullanın dövründə elə də yox, məhz Nurlana Əliyevanın rektorluğunda nəzərə çarpıb. Çünki “Nurlana Əliyeva BSU-nu rüşvət yuvasına çevirdi” başlıqlı yazılar çoxdur.
BSU universitetlər arasında korrupsiya onluğuna necə düşdü?
Bir şey ki, 2016-cı ilin sonunda BSU adı rüşvətdə hallanan universitetlərin onluğuna da düşüb. Belə ki, həmin il Slavyan Universitetindəki rüşvətxorluq barədə 408 xəbər dərc olunub.
Qeyd edək ki, Nurlana Əliyevanın rektorluğunacan BSU korrupsiya beşlik və onluqlarında yer almırdı. Universitetin rəhbəri olan kimi isə Kamal Abdullanın dövründə çalışan kadrları uzaqlaşdırıb. Bəzilərinə bəhanə kimi “pensiya yaşının çatdığı”” göstərilib. Guya özünün neçə yaşı var…
Bütün faktlar və rüşvət elenentlərini nəzərdən keçirəndə bəlli olur ki, 140 min manat işin ancaq görünən tərəfidir. Şöbə müdirinə açılan cinayət işi, yaxud Dürdanənin istintaqı, hansısa əməkdaşların istefasında daha böyük kadr islahatlarını axtarmağa dəyər.
Bir vaxtlar heç kimin ağlına gəlməzdi ki, Abel Məhərrəmov BDU rektorluğu ilə vidalaşar… //aktualxeber.az//