Sayğac işləməsə də, borc yazılır - VİDEO



Abşeron rayonu masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"nin sakinlərinin bir aydan çoxdur ki, yaşadıqlara binaya isti su verilmir. Səbəbsə illərdir yığılan borcdur. Demək olar ki, şəhərcikdəki hər evə təxminən 300 manatdan 500 manatadək borc yazılıb. Vətəndaşlar isə bunu ödəməkdən imtina edirlər. Maraqlısı odur ki, şəhərcikdə sayğac olmasına baxmayaraq işləmir. Bəs bu qədər borc nəyə əsasən hesablanıb?
 
Məcburi köçkünlər isti suyun verilməməsindən şikayətçidirlər.
 
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"nin sakinlərinin təxminən bir aydan çoxdur ki, yaşadıqları binalara isti su verilmir. Səbəbsə sakinlərin istilik və isti su ilə bağlı borclarının olmasıdır.
 
Məcburi köçkünlər deyirlər ki, binalarda "Azəristiliktəchizat"ın sayğacı olsa da, hesablamalar sayğac əsasında aparılmır. Çünki şəhərcikdəki sayğacların böyük hissəsi sıradan çıxıb. Amma buna baxmayaraq hər evə 300 manatdan 500 manatadək borc yazılıb.
 
Sakinlər bu məbləği ödəməkdən imtina edirlər. Bildirirlər ki, digər kommunal ödənişlər kimi isti su üçün də sayğac quraşdırılsın və ona əsasən ödəniş etsinlər.
 
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-ı ilə əlaqə saxladıq. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, mövcud qanunvericiliyə görə sayğac quraşdırılmayan və ya sayğac işləməyən mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kubmetr həcmində müəyyən edilir. Hazırda bəzi mənzillərdə bildirişlərdə borc məbləğinin çox olması 2017-ci ildən bu günə kimi həmin mənzillərdən heç bir ödənişin olmaması səbəbindən borcların toplanması ilə əlaqədardır.
 
"Azəristiliktəchizat"ASC-dən bildirildi ki, artıq həmin mənzillərdə yeni sayğacların quraşdırılması istiqamətində işlər aparılır. "Qaçqınkom"-un mətbuat katibi İbrahim Mirzəyev isə qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müvafiq müraciətlər göndərilib.
 


Tarix: 21-05-2021, 08:57
Xəbəri paylaş





Xəbər lenti