"İctimai TV" Oğuz-Şəki yolunun bərbad vəziyyəti ilə bağlı reportaj hazırlayıb. Sözügedən yolun baxımsız vəziyyətindən həm ətrafda yaşayan sakinlər, həm də bu yoldan istifadə etməli olan sürücülər şikayətçidir. Nahamar yolda avtomobillərin hərəkəti zamanı yaranan toz dumanı isə sözün əsl mənasında qum fırtınasını xatırladır. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin sözlərinə görə texnoloji ardıcıllıq normalarına riayət olunur və bu ilin sonuna kimi yolun yalnız birinci beton-asfalt örtüyünün döşənməsi işləri yekunlaşa bilər. Həmin reportajı təqdim edirik: