Pediatr: "Az dilənçilik edin, Səhiyyə Nazirliyi, kim baxır sizdə bu işə?"
"Hələ də suni qidanın adını yazıb yeni doğum edən ananın əlinə verirlər. Yeni doğum edənin, 6-7 aylıq uşağın anasına yox. Bu qədər də vicdansızlıq olmaz".Yeniavaz.com xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib.
"Smesi" soxmusuz doğum evinə, pul alırsız rüşvət alırsız. Heç olmasa kağıza yazıb verməyin. Uşaq 40 günlük 2.4 kilo çəki alıb. Həm süni qida, həm ana südünə görə. Niyə broyler toyuq olmalıdı ki. Nədi-nədi doğum evində yazıb veriblər əlinə, orda da veriblər uşağa, ana da evdə davam edir. Əlbəttə kəsdik “smesi”. Amma siz də bir vicdan olsun da bunu yazan həkimlər. Az dilənçilik edin. Səhiyyə Nazirliyi, kim baxır sizdə bu işə?
Paylaşdım. İctimailəşdirdim. Düşmən qazanıram özümə. Siz də bir tədbir görün. Siz də bir bu işə baxın. Qanunsuzluq öz yerində, vicdansızlıq da öz yerində.
Vicdansızlıq budur ki, yeni doğum edən anaya alternativ vermək olmaz. Onun nəinki adını yazib əlinə vermək, heç qulağına pıçıldamaq da olmaz. Çunki süd hasilinə cavabdeh olan prolaktin hormonu beyində ifraz olunur və o psixikanın təsirinə məruz qalır. Şüuraltı olaraq "çatmasa bundan verəcəyəm" fikri artıq onun tənbəlliyinə, südün azalmasına gətirir. Hər cür ana var. Bəlkə kimsə qorxduğundan, kimsə rahatlıqdan, kimsə səbirsizlikdən bu yola qaçacaq. Amma onu bu yola çəkmək olmaz. Çünki biz onu günahlandıra bilmərik ki, sənin ağlın hardaydı. Onun uşağına öz uşağımız kimi sahib çıxmırıqsa günah elə özümüzdədir.
Süni qida adını yazmaq, ananın əlinə vermək, süni qida reklamı hesab olunur və qanun pozuntusudur, həmin şəxslərə qanunla 2000 manata kimi cərimə tətbiq olunmalıdır”, A.İsmayılzadə qeyd edib.
Tarix: 16-06-2021, 23:04