Bütöv bir taborun adına yazılan TƏQAÜD NİYƏ VERİLMİR? - MÜRACİƏT
"Mən hərbiçiyəm, təminat taborunda qulluq edirəm. Sizin köməyinizə ehtiyacımız var". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza hərbçilərdən birinin müraciətində deyilir.
Daha sonra müraciətdə qeyd olunur: "Belə ki, xəbərlərə görə artıq, veteranlıq statusu alanların siyahısı başa çatmaq üzrədir. Yekunlaşırsa, bizim aqibətimiz necə olacaq? Bizim hərbi hissədə 3 medal ilə təltif olunmuş hərbçi belə veteranlıq ala bilmir.
12600 nəfər hələ də Prezident təqaüdünü də ala bilmir, adımız sistemdən təmiz silinib. Məktublar dayanmadan yazılır, amma nəticə yoxdur. Axırıncı dəfə "142 çağrı mərkəzi"nə müraciətimizdə bizə deyildi ki, yaxınlaşın "Kapital Bank"dan kartınızı götürün.
Ertəsi gün yoldaşlardan biri "142 çağrı mərkəzi"nə zəng edəndə dedilər ki, adlar silinib. Sizin adınıza təqaüd görünmür. Biz kadırlar şöbəsinə üz tutduqda, bizə sözləri o oldu ki sənədlər yenidən yazılacaq, arayış formasında yazıldı. Gödərildi. Yenə də adlar bir gün sistemdə qaldı, sonra silindi...
Hətta bizim tabor təminat taboru olduğu üçün Prezidentin fərmanına uyğun 97 mülkü qulluqcuların da siyahısı hazırlanmışdı. Amma sistemdən adlar silinib".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...