"Məişət tullantılarının yandırıldığı ərazilərdə sağlamlıq problemləri müşahidə edilir"
Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 4 aprel 2022-ci il tarixində saat 10 radələrində yanğın hadisəsi baş verib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov yerli mətbuata açıqlamasında bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb. Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.
Qeyd edək ki, Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonu hektarlarla ərazini əhatə edir. Poliqona təkcə Sumqayıtın deyil, ətraf qəsəbələrində məişət tullantıları atılır. Məişət tullantıları poliqonu Sumqayıt şəhər Mənzil Komunnasl Təsərrüfat İstehsalat Birliyinin “Sumqayıt şəhət Təmizlik Departamentinin Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındadır. Sumqayıt Məişət Tullantıları Poliqonunu “Sumqayıt üzqarası” adlandırmaq da olar. Məişət tullantılarının yandırılmasına gəldikdə isə, qeyd eədk ki, bu zaman havaya külli miqdarda zəhərli qazlar atılır. Bu da atmosferi zəhərləyir.
Araşdırmalara görə, qlobal istiləşmə, iqlim dəyişikliyinə səbəb də məhz atmosferin zərərli maddələrlə çirkləndirilməsidir. Qeyd edək ki, dünyada ildə iki milyard ton məişət tullantısının 40 faizi həyətlərdə, açıq ərazilərdə, zibilliklərdə yandırılaraq məhv edilir.
“Məişət tullantıları yandırılan zaman atmosferə karbondioksit, karbonmonoksit, civə və s. digər maddələr atılır. Bu maddələr atmoferə zərər verməklə yanaşı, insan orqanizmini də təhlükəyə salır” - bu barədə
Bizimyol.info xəbər portalına ekoloq
Vaqif Əliyev danışıb. O, qeyd edib ki, məişət tullantılarının daha çox yandırıldığı ərazilərdə yaşayan insanlarda ağciyər, xərçəng və s. digər sağlamlıq problemləri müşahidə edilir.
Qeyd edək ki, "Ətraf Mühit Elmi və Texnologiyası" adlı jurnalın 2017-ci ildə apardığı araşdırmaya görə, Çində və Hindistanda vətəndaşlar daha çox məişət tullantıları yandırır. Belə ki, Çin, Braziliya və Meksika məişət tullantılarının böyük bir qismini zibilliklərdə yandırır. Bütün dünyada pm2,5 adlandırılan parçalanmış maddənin 29 faizi və civə emisisyalarının 10 faizi məişət tullantılarının yandırılmasından qaynaqlanır. Məişət tullantılarının yandırılması eyni zamanda atmosferin antropogen amillərdən, yəni insan əli ilə çirkləndirilmısi deməkdir. Dünyada karbondioksid emissiyalarının 5 faizi bu üsulla əmələ gəlir. Məişət tullantılarının ətraf mühitə vurduğu zərərlərin daha çox araşdırlmasına ehtiyac olduğu qeyd edilən araşdırmada, bu istiqamətdə təcrübələrin davam etdiriləcəyi də bildirilib.
Xatırladaq ki, Azərbaycan qanunvericliyində bu məsələ İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə tənzimlənir.
Tarix: 4-04-2022, 18:25