“Narkomaniyayla bağlı orta məktəblərdə faciəvi vəziyyət yaranıb” - Fazil Mustafa
“Bizdə “Narkoloji xidmət və nəzarət haqqında” qanun çox köhnəlib. Bu qanuna yenidən baxılmalıdır”.Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bizdə anonim narkoloji xidmət müəssisələri çox azdır: “İllərdir bizdə narkotik maddəyə görə həbs olunmuş şəxslərin müalicə müəssisələrində müalicə alması məsələsi öz həllini tapmır. Onlar həbsxanada daha çox adamı yoluxdururlar. Narkoloq həkimlər də çatışmır. Bu həkimlərin hüquqlarını qoruyan təcrübə də yoxdur. Orta məktəblərdə də bu sahədə faciəvi vəziyyət yaranıb. Bu məsələyə dövlət təhlükəsizliyi qədər ciddi yanaşılmalıdır”.
Tarix: 5-04-2022, 18:36