"Pensiya yaşı azaldılmayacaq, insanlarımızın orta ömrü artacaq" - Deputat


“Pensiya yaşının azaldılmasına bir gərək yoxdur. Bu gündəmdə deyil və olmayacaqdır”.
Yeniavaz.com 
xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev “ARB24” televiziyasının efirində çıxışı zamanı deyib.
“Dünyada, ümumiyyətlə, insanların orta ömrü (yaşı – red.) artır. Azərbaycanda da orta ömür artıq 77-nin üzərindədir. Yəqin ki, yaxın gələcəkdə də bizim insanlarımızın orta ömrü artacaqdır”.
M. Quliyev eyni zamanda qeyd edib ki, pensiyaların artırılması ilə bağlı müzakirələr gedir:
“Bu, həm inflyasiyaya, həm də orta aylıq əmək haqqına bağlı olan məsələdir. Bu il ölkədə orta aylıq əmək haqqının 807 manata qaldırılması nəzərdə tutulur. Yəqin ki, gələn ildən bununla bağlı pensiyaların artırılması gündəmdə olacaq”.

Tarix: 19-04-2022, 16:09
Xəbəri paylaş





Xəbər lenti