“Yüksəliş” müsabiqəsinin qalibi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işə cəlb edilib

“Yüksəliş” müsabiqəsinin qalibi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işə cəlb edilib
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibi və iqtisadiyyat nazirinin mentorluq proqramının iştirakçısı Ziya Mürsəlzadə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması layihəsinə cəlb edilib. 
 
Ziya Mürsəlzadə sözügedən layihənin həyata keçirilməsi üçün İqtisadi Zonaların İnkişafı Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə mütəmadi olaraq təşkil edilən görüşlərdə iştirak edir, bu görüşlərdə layihənin həyata keçirilməsinə praktiki fayda verməklə yanaşı müxtəlif ideya və təkliflərlə çıxış edir.

Tarix: 25-04-2022, 23:03
Xəbəri paylaş





Xəbər lenti