AAYDA-nın şöbə rəsi yolun mühavizə zolağını biznes mənbəyinə çevirib-VİDEO
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Qərb Bölgəsi üzrə şöbə rəisi Bakı-Qazax magistral yolunun Goranboy rayonun Sarov kəndi ərazisindən keçən mühavizə zolağını biznes mənbəyinə çevirib”. Bu haqda “Dünyanınsəsi.Az”a Sarov kənd sakinləri tərəfindən şikayət ediblər. Gornboy sakinləri şikayətlərində qeyd edirlər ki, Qaraçı Elçin kimi hər kəsin tanıdığı şəxs pay torpağı Bakı-Qazax şossesinə sərhəd olduğundan sözügedən ərazidə yolun qanunla nəzərdə tutulmuş olan 30 metr mühavizə zolağını tam zəbt edərək dayanacağa çevirib.Hazırda həmin ərazi həm gündüz, həm də gecə olmaqla TIR Parka çevirildiyindən Sarov kənd sakinlərinin pay torpaqlarına gediş-gəlişi müşkilə çevirilib. Şikayətçilər qeyd edirlər ki, onlar dəfələrlə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Qərb Bölgəsi üzrə şöbə rəisi Xaliq Avazova müraciət etsələrdə şöbə rəisi mövcud problemlə bağlı rəsmi olaraq heç bir ölçü götürməyib. Halbuki,yolun mühavizə zolağının zəbt edilməsi ilə bağlı şöbə rəsi dərhal aidiyyatı üzrə hüquq mühavizə orqanlarına eləcədə aidiyyatı olan rayon məhkəməsinə müraciət etməli idi.Amma şikayətçilər bildirilər ki, ərazini zəbt edən Elçin adlı şəxs şöbə rəisi ilə əlbir olaraq mühavizə zolağında bir maşının gecə saxlanılması 2 azn, gündüz vaxtı isə 1 azn “taksa” qoyaraq özlərinə biznes mənbəyi yaradıblar. Goranboy rayonun Sarov kənd sakinlərinin şikayətləri ilə yanaşı həm də onu qeyd edək ki, qarşıdan gələn yaylaq mövsümü ilə bağlı mal-qoyun sürülərinin hərəkət marşurutu üzərində Tır Parkın yardılması onsuzda böyük səs-küyə səbəb olacağı gün çox uzaqda deyil. Sarov kənd sakinləri mətbuat vasitəsi ilə Saleh Məmmədov cənablarından vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidmət sahəsini biznes mənbəyinə çevirən Xaliq Avazov kimi şöbə rəsi barəsində qanunamüvafiq olaraq ğlçü götürülməsini xahiş edirlər. Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc edə bilərik. Bak-Qazax yolunun Goranboyun Sarov kəndi ərazisindən keçən yolun zəbt olunmuş mühavizə zolağında Tır Parkın video görüntülərini təqdim edirik: