Əhaliyə qazla bağlı XƏBƏRDARLIQ


Qaz qurğuları və xətləri, tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bu sahədə texniki müayinə həyata keçiriləcək və nəticədən asılı olaraq tədbirlər görüləcək. Ortada böyük məbləğdə cərimələr  var.
 
Bu gündən etibarən qazdan istifadə ilə bağlı bəzi qaydalara əməl etməyənlər cərimələnəcəklər.
 
Ölkəmizdə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirib ki, bu sahə üzrə texniki müayinələr həyata keçiriləcək və bu müayinələrin nəticələri dövlət orqanları tərəfindən nəzarətə götürüləcək.
 
Şöbə müdirinin sözlərinə görə, əgər keçirilmiş texniki müayinələlrin nəticəsində hər hansı bir neqativ hal aşkar olunarsa, o zaman bir ay müddətində akt tərtib olunacaq və 1 ay müddətində istehlakçıya vaxt veriləcək ki, məcburi qaydada həmin neqativ halları aradan qaldırsın.
 
Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat arasında cərimə ediləcəklər.
 

Tarix: 2-05-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti