Vətəndaşların dövlət xəstəxanası QORXUSU: - "Müxtəlif maliyyə pozuntuları, korrupsiya halları..."


Ötən gün 17 yaşlı qızın intiharı zamanı xəsarət alan 1984-cü il təvəllüdlü Zahid Niyazovu təcili yardımla 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu rayonu) gətiriblər. Lakin ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb. Bu isə vətəndaşların öz xəstəsini dövlət xəstəxanasına etibar etməməsi məsələsini yenidən gündəmə gətirib. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaşların özəl klinikaları seçməsinin bir neçə səbəbi var:

“Özəl klinikalarda, əsasən, öz peşəsini daha yaxşı bilən və dövlət xəstəxanalarındakı həkimlərlə müqayisədə daha hazırlıqlı olan həkimlər olur. Bu həkimlərin bilik və savadı dövlət klinikalarındakı həkimin savadından daha üstündür. Çünki özəl klinikanın baş həkimi öz həkimlərinin savadsız olmasını istəmir. Savadsız həkim özəl klinikada çalışsa da, heç vaxt xəstəsi ilə lazımi səviyyədə maraqlana bilmir. Bu baxımdan, özəl klinikada seçilmiş həkimlər olur. Bundan başqa, özəl klinikalarda sanitar-gigiyena qaydaları yüksək səviyyədədir. Bu gün sığorta məsələsinə görə dövlət xəstəxanalarına etimad nisbətən artıb. Lakin əvvəllər müxtəlif maliyyə pozuntuları, korrupsiya halları həyata keçirilirdi. Ona görə də vətəndaşlar dövlət xəstəxanalarına meyilli deyildi. Sözügedən məsələdə ailənin özəl klinikaya üstünlük verməsi sadaladığım səbəblərdən biri ilə bağlıdır”.
Tarix: 4-05-2022, 22:10
Xəbəri paylaş





Xəbər lenti