Bu tarixdən istehlakçılar ağıllı qaz sayğacları ilə təmin ediləcək


Qazın paylanması və satılması qaydasına dəyişiklik təklif edilir.
Yeniavaz.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə (istehlak olunan enerjinin hesablanmasına) uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.
Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.
Yuxarıda nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.
Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.
 
İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu qanun nəzərə alınmaqla quraşdırır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qanun qəbul edildiyi təqdirdə 1 iyul 2022-ci ildən qüvvəyə minəcək.
Tarix: 5-05-2022, 21:18
Xəbəri paylaş





Xəbər lenti