"Pensiya güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməlidir...” - TƏKLİF


Millət vəkili Əli Məsimli Milli Məclisdə  “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı iki vacib təkiflə çıxış edib.
     
Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdə 5 və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar, eyni zamanda 5 və daha çox uşağı qəyyumluğa götürən atalar, yaxud 5 və daha artıq uşağı, ana vəfat edərsə, yaxud boşanarsa, saxlayan atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə edirlər. Millət vəkili bildirib ki,“bu dəyişiklikdə həm də nəzərə alınmalıdır ki,artıq Azərbaycanda demoqrafik vəziyyət xeyli dəyişib.Ona görə də çoxuşaqlı analara yeni yanaşma tələb olunur. Çünki ölkəmizdə ailələrin əksəriyyəti 1-2 uşağı olan ailələrdir.Beşdən çox uşağı olan ailələr isə çox azdır.Ona görə də millt vəkili “çoxuşaqlı ana” anlayışına yenidən baxılmasını və qanunverilikdə müvafiq dəyişiklik edib,3 və daha çox uşağı olan analara “çoxuşaqlı ana” statusu verilməsini təklif etməklə bildirib ki, pensiya güzəşti 3 və daha çox uşağı olan analara şamil  edilməlidir.”
       
Əli Məsimlinin irəli sürdüyü ikinci təklif də mühüm aktuallıq kəsb edir. Millət vəkili bildirib ki,1990-cı ildən bu yana keçən 30 ildən artıq bir dövr ərzində Azərbaycanda  orta ömür uzünluğu 2 yaş,o cümlədən kişilər üçün 3 yaş,qadınlar üçün 1,7 yaş artdığı halda pensiya yaşı kişilər üçün 5 yaş,qadınlar üçün isə 7 yaş artıb və bu artım qadınlarda 10 yaşa çatanadək davam edəcək. Azərbaycanda orta ömür uzunluğu aşağı və pensiyaya  yaşı isə yuxarıdır.Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa,son 10 ildə  10 faizə yaxın azalıb və  716 min nəfərə enib ki, bu da 1994-cü il səviyyəsindən də aşağı bir göstəricidir. 
       
Millət vəkili əlavə edib ki, pensiya yaşı müəyyənləşəndə orta ömür uzunluğu göstəricisi ilə yanaşı sağlam ömür uzunluğu göstəricisi də nəzərə alınmlıdır.Belə ki,2013-cü ildən bu yana  sağlam ömür uzunluğy qadınlarda 67,7 yaşdan 67,2 yaşa,kişilər üçün isə 62,9 yaşdan  60,9 yaşa enib.Əli Məsimli   səsləndirdiyi rəqəmlərdən, eləcə də orta ömür uzunluğu və digər göstəricilərə görə bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşınn orta səviyyəsindən çıxış edərək Azərbaycanda pensiya yaşının kişilər və qadınlar üçün  65 yaşa çatdırılmasını düzgün hesab etməyib və bildirib ki,  hazırkı reallıqlar şəraitində ölkəmizdə pensiya yaşının  kişilər üçün 63,qadınlar üçün isə 60 yaş həddənədə olması daha məqbul variantdır.
     
Millət vəkili xüsusi vurğulayıb ki, pensiya sahəsindəki bu cür həlli vacib olan problemlərin çözülməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı hökümətin də  yaxından  iştirakı çox vacibdir.

Tarix: 6-05-2022, 09:55
Xəbəri paylaş





Xəbər lenti