Məqsəd internet yayımlarını nəzarətdə saxlamaqdır

Yayımla bağlı resurslara lisenziya tələbinin tətbiq olunması yolveriləndir, media sahəsində ekspert Xalid Ağalıyev belə hesab edir.
Dövlət başçısının imzaladığı audiovizual KİV-in lisenziyalaşdırılması ilə bağlı  sənədi şərh edərkən o, diqqəti ona yönəldib ki, indiyə qədər radio və televiziya yayımı üçün nəzərdə tutulan tezlikləri əldə etmək lisenziya qaydasında mümkün idi. Yayım tezlikləri əldə etməni lisenziya qaydasına tabe etmə, ilk növbədə həmin resursların tükənə bilən olması ilə bağlıdır.
“Yəni, yayım resursları tükənə biləndir, odur ki, dövlət də onlardan daha effektiv istifadə edilməsi üçün bu qaydanı tətbiq etməli olur. Digər hallarda, yəni, İnternet kimi tükənməyən resurslara lisenziya tələbinin tətbiqi anlaşılmazdır. Belə qaydalar ilk növbədə, yayımı nəzarət altında saxlamaq niyyətindən xəbər verir”, – Xalid Ağalıyev deyib.
Contact.az
Tarix: 7-05-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti