Coratı kim zibilləyir? - İcra başçısı Zakir Fərəcov hara baxir? (FOTO)
Sumqayıt şəhər Corat qəsəbəsinin Nərimanov və Liman küçələrinin sakinləri 32gun.az-a müraciət edib. Onların şikayəti əraziyə qoyulmuş zibil qutuları ilə bağlıdır. Sakinlərin sözlərinə görə, bir müddətdir ki, bu problem davam edir: "Bizim qəsəbədə, konkret olaraq yaşadığımız ərazidə "Siqnal" xidmətindən istifadə edilir. Yəni, Təmizlik Departamentinin balansında olan zibiı maşınları gəlir, zibili yığır. Təbii ki, biz də bu xidmətə görə pul ödəyirik. Narazılığımız da yoxdur. Lakin bir müddətdir ki, əraziyə zibil qutuları qoyulib. Evimizin düz yaxınlığında. Üfunət iyindən evdə otura bilmrik". Sakinlərin sözlərinə görə, bir neçə dəfə müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. "Bu məsələ mediada da işıqlandırılıb. Ondan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti, eyni zamansa qəsəbə icra nümayəndiliyi tədbir görüldüyünü bildirsə də, problem hələ də qalır. Yerli rəhbərıik iddia edir ki, ərazini təmiz saxlayır. Lakin biz bu iddianın əsassız olduğunu sübut edən fotoları sizə təqdim edirik, özünüz baxın. Hətta gəlib özünüz də şəxsən şahidi ola bilərsiniz. Oranı təmiz saxlamaq mümkün deyil. Axşam olan kimi küçə itləri daraşır zibil qutularına. Zibil ətrafa dağılır. Digər tərəfsən kəsilmiş heyvanların möhtəviyyatı ora atılır. Burda sakin var ki, övladının səhhətində problem var. Uşaq küçəyə çıxa bilmir. Antisanitariya baş alıb gedir. Zibil qutularının qoyulması üçün yer olsa da, nədənsə bu problem həll olunmur", - sakinlər bildirir. Sakinlər məsələ ilə əlaqədar icra başçısı Zakir Fərəcova, nəticə olmayacağı təqdirdə daha yuxarı instansiyalara müraciət edəcəklərini deyir.