"BakuBus" fəaliyyətindən ciddi NARAZILIQLAR: - "Maliyyə məsələsi araşdırılarsa..."

"BakuBus" fəaliyyətindən ciddi NARAZILIQLAR:
Son vaxtlar “BakuBus” MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər artmaqdadır. Uzağı 3 ildir ki, istismarda olan bu avtobusların texniki nasazlığının olması, bəzi sürücülərinin sərnişinlərlə kobud rəftarı, səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması və sair kimi hallar narazılıq doğuran amillərdəndir.

Siam.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat ekseprti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, “BakuBus”un fəaliyyəti ilə bağlı yaranan narazılıqlar reallığı əks etdirir və bu məsələ dövlət səviyyəsində öz həllini tapmalıdır:

“”BakuBus” MMC başlanğıc dövrlərdə texniki təchizat baxımından işlərini çox yaxşı səviyyədə qurmuşdu. Eyni zamanda, ölkəyə komfortlu avtobuslar gətirildi. Bir müddət sonra isə şirkət öz avtoparkını yeniləmək adı altında ölkəyə xeyli sayda avtobusun gətirilməsinə şərait yaratdı. Lakin həmin avtobuslar xəttə buraxılmadı. Əldə olunan məlumata görə, avtoparkda dayanan həmin nəqliyyat vasitələrinin hissələrindən ehtiyat hissə kimi xarab olan avtobusların təmirində istifadə olunmağa başladı. Nəticə etibarilə, “BakuBus”un avtoparkında kifayət qədər sıradan çıxmış avtobusların olması ilə bağlı xəbər portallarında məlumatlar yayıldı. Ona görə də günün pik saatlarında xəttə buraxılan avtobusların sayında artım etməkdənsə, məhdudiyyətlər tətbiq olunub. Əgər “BakuBus”un maliyyə məsələsi araşdırılarsa, çox ciddi nöqsanlar aşkarlanacaq. Bildiyim qədərilə, Hesablama Palatası bu məsələni araşdırır və ortada ciddi rəy var. Bu gün “BakuBus”un yeni avtobuslar almaq kimi məcburiyyəti yaranıb. Ümumilikdə, şəhərdə yaranan tıxac problemini həll etmək üçün xəttə daha çox avtobus buraxılmalıdır. Bu işdə məsuliyyət birbaşa “BakuBus”un üzərinə düşür”.
Tarix: 28-10-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti