“Niyə DSMF-yə möhtac olmalıyıq?” - Vahid Əhmədov
“Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi müzakirə edilməlidir”.
Siam.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Vahid Əhmədov deyib.
“Özəl pensiya fondları haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. Dünyada bunun nümunələri var. Niyə biz dövlətə məxsus bir fonda (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu – DSMF) möhtac olmalıyıq? Bəlkə o fondun işi məni qane etmir”, - deyə o, qeyd edib.
Tarix: 11-11-2022, 21:10