Deputatdan yeni TƏKLİF – Polislərin maaşları ARTIRILSIN

Deputatdan yeni TƏKLİF
“Hüquq mühafizə orqanlarının maaşlarında ciddi artım olmalıdır”.

Siam.az xəbər verir ki, bu təkliflə Bizim.Media-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev çıxış edib.

O, təkliflə bağlı danışmaq imkanı olsa, məsələni parlamentdə də müzakirəyə çıxaracağını deyib:

“Asayişi qoruyan polisdir. Biz gecələr küçəyə polisin sayəsində çıxırıq. Təhlükəsizliyimizi qoruyan polisdir. Bu gün Azərbaycanda polisin maaşı çox aşağıdır. Polis rəislərinin belə maaşları 1000-1200 manat civarındadır. Azərbaycan reallığına görə bu məbləğ azdır. Biz onlardan daha gözəl vəzifə və performans gözləyirik.

Bəlkə də əksər insanlara pis gələ bilər ki, niyə polislərin maaşı artırılmalıdır. Hesab edirəm ki, polis yüksək əməkhaqqı alsa, vəzifəsini daha mədəni yerinə yetirəcək, gözü kiminsə əlində olmayacaq və qanunsuz hərəkətə yol vermək istəməyəcək”.
Tarix: 14-11-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti