Tərtər şəhərində mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək mövzusunda konfrans keçirilib



Konfrans Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai 
Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi 
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mina və müharibədən zərərçəkənlərin 
problemlərinin həllinə dəstək konfransının keçirilməsi”  layihəsi çərçivəsində baş tutub.


Konfransı AMZA-nın təsisçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud 
Mirzəyev açıb. O, torpaqlarımızın erməni işğalından azad olunmasından sonra 
yaranmış vəziyyətlə bağlı ətraflı danışıb. Problemin həlli istiqamətində həm dövlətin, 
həm də onun rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verib. 

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. O, qeyd edib ki, Tərtər 
rayonu minadan ən çox zərərçəkən rayondur. “Uzun illərdir Tərtər rayonu həm 
müharibədən həm də minadan əziyyət çəkirdi. Müzəffər Ali Baş Komandanımız cənab 
İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə nəticəsində torpaqlarımız 
işğaldan azad olundu. Bu gün dövlətimiz o ərazilərin minadan təmizlənməsi, yenidən 
qurulması üçün böyük işlər görür. Eyni zamanda, cənab Prezidentimizin tapşırığı və 
tövsiyəsi ilə Şəhid ailələri, müharibə əlilləri, o cümlədən minadan və müharibədən 
zərərçəkənlər üçün də çox böyük sosial layihələr həyata keçirilir. Dövlətimiz həmişə 
sosial qayğıya ehtiyacı olan insanların yanında olub. Biz də rayonda bu istiqamətdə 
xeyli işlər görmüşük. Bundan sonrada görəcəyik.”

AMZA-nın sədri, sözügedən layihənin rəhbəri Rey Kərimoğlu çıxış edərək layihənin 
əhəmiyyətindən və görülən işlərdən danışıb.
 
Sonra əsasən Ağdam, Bərdə və Tərtər rayonundan olan konfrans iştirakçılarının təklif 
və rəyləri dinlənilib.

Bütün çıxışçılar layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Xatırladaq ki, sentyabrın 1-dən icrasına başlanan layihə dekabrın 1-dək davam edəcək.

Tarix: 16-11-2022, 23:07
Xəbəri paylaş





Xəbər lenti