Ölkədən çıxarılan vəsait geri qaytarılmayıb - Cavanşir Feyziyevin şirkəti məhkəməlik oldu

Ölkədən çıxarılan vəsait geri qaytarılmayıb - Cavanşir Feyziyevin şirkəti məhkəməlik oldu

Millət vəkili Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC barəsində protokol tərtib edilib.
Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. 
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, “Avromed Company” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, “Avromed Company” 2002-ci ildən fəaliyyətə başlayıb və əczaçılıq sahəsində ölkənin ən böyük şirkətlərindən biridir.
Tarix: 18-11-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti