Cənab Babayev, belə bir şəraitdə yaşayan əlilin HAQQINI YEYƏRLƏR? - ÜRƏK SIZLADAN GÖRÜNTÜLƏR


Müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kimi görünən əlillərin və imkansız ailələrin müavinətlərinin QAYÇILANMASI SİYASƏTİNİN daha bir qurbanı Masallı rayonunda Xırmandalı kəndində yaşayır. DİA.AZ bildirir ki, elə yaşadığı şəraitdən bu əlil vətəndaşın hansı maddi sıxıntılar içində yaşadığını görmək olar.

Cənab Babayev, belə bir şəraitdə yaşayan əlilin HAQQINI YEYƏRLƏR?

4 oğlan övladı atası olan Qasımov Murad Həmiyyət oğlu bildirir ki, əlilliyinin bərpası məqsədilə dəfələrlə müraciət etsə də, ona qanunsuz olaraq imtina cavabl verilir: "Bədənimdə 4 yerdə xəsarət var..."

"Çətinliklə yaşayıram, körpə övladlarımı işlədirəm ki, dolana bilim" deyən Murad Qasımov müharibə vaxtında göstərdiyi şücaəti də xatırladır...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı Siam.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 24-11-2022, 21:43
Xəbəri paylaş





Xəbər lenti