"Heç vaxt qiymət artımı bu həddə gəlib çıxmamışdı"

"Heç vaxt qiymət artımı bu həddə gəlib çıxmamışdı"Bakı şəhəri

Bu il daşınmaz əmlak bazarında vəziyyət sözün əsl mənasında ağırlaşdı. Evlərin, obyektlərin qiymətlərində bahalaşma müşahidə edildi. Bu da öz növbəsində özünü durğunluqla da göstərdi.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına aşıqlamasında bildirib ki, daşınmaz əmlak bazarında bahalaşma müşahidə edilir. Belə ki, keçən ildən bu il tikilən binaların qiymətindən bahalaşma başlayıb. Sonra da ona uyğun olaraq köhnə yaşayış fondunun qiyməti bahalaşmağa başlayıb.

“Kiçik torpaqlar üzərində tikilmiş fərdi evlər, bağ evlərinin qiymətində də ucuzlaşmalar müşahidə olunur”,- deyən ekspert bildirib ki, bu il kirayə bazarında da qiymətlərdə artım görünür. Yəni əslində kirayə bazarı bu il heç bir zaman bahalaşmadığı qədər bahalaşıb. Onun sözlərinə görə, yaşayış fondunda bahalaşma böyükdür. Məsələn bu gün Nərimanov, Nəsimi ərazilərində 100 min manata iki otaqlı "xruşovka" almaq mümkün deyil. Bu qiymətə ev tapılmır.
“Heç vaxt qiymət artımı bu həddə gəlib çıxmamışdı. Yeni tikilən binaların da qiymətləri yuxarıdır. Alıcılıq qabiliyyəti bir o qədər yüksək olmasa belə ipoteka predmetlərinə maraq yüksəkdir. Amma, ucuz evlər. Torpaq üzərində inşa edilən kiçik fərdi evlərin qiyməti düşüb” - deyə Elnur Azadov bildirib.
Bir müddət əvvəl deyilirdi ki, Rusiyadan olan insan axını Azərbaycan yaşayış fondu bazarında bahalaşmaya səbəb olacaq. Elnur Azadov deyir ki, o axın oldu və öz təsirini göstərdi. Bu, müharibə başlayan dövrdə oldu.
“Fevral, mart ayında bahalaşma müşahidə edildi. İkinci mərhələ də 2 ay əvvəl oldu. Bu Rusiyada səfərbərlik başlayanda oldu. Bundan sonra, kütləvi axın gözlənilmir. Kimə qaçmağa imkan verildisə, qaçdı. Bu proses uzanarsa, artıq siyasi məsələdir. Orada Azərbaycan əsilli olan bəzi vətəndaşlar var ki, olanlar əmlaklarını satıb ölkəyə gəlmək istəyəcəklər. Onların da bir qismi artıq gəliblər. Rusların bura kütləvi şəkildə gəlməsinə inanmıram. Azərbaycanda onlara çox da imkan vermirlər. Onlar üçün Azərbaycanda biznes mühiti yoxdur, iş yerləri yoxdur. Artıq onlar bununla üzləşiblər. Çoxları Azərbaycan haqqında bu fikirdədir. Gürcüstanda biznes mühiti daha uyğundur. Onlar Gürcüstana daha çox gedirlər və əmlak alırlar, nəinki, Azərbaycana”,- deyə ekspert bildirib.
Tarix: 2-12-2022, 13:41
Xəbəri paylaş





Xəbər lenti