"Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik"-DEPUTAT


“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların əmək haqqısı hansı şəkildədir və bu statistiki rəqəm hansı metodologiyaya əsasən çıxarılıb, onlar çox əsaslandırılmış şəkildə bir arayış təqdim edəcəklər. Siz soruşduğunuz insanlardan biri desə ki, 5,9 yox, məsələn 2,5 faizdir və yaxud da 5,9-dan çoxdur, bunlar nəyə əsaslanıb deyir? Siz sorğu apardığınız bu şəxslər bir əsaslandırılmış fakt ortaya qoyurmu?”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov Yeniavaz.com-un Azərbaycanda əhalinin 5,9 faizinin yoxsul olması ilə bağlı keçirdiyi vətəndaş sorğusunu şərh edərkən deyib.
O bildirib ki, sorğu ilə belə statistik rəqəmləri müəyyənləşdirmək olmaz:
“Statistika Komitəsi sorğu əsasında bu rəqəmləri açıqlasaydı, siz də sorğu keçirib deyə bilərdiniz ki, nəticə belə olmadı. Sorğudakı dedikləri bir fikirdir, onlar söz deyə bilər. O fikrin arxasında hər hansı təhlil, analitika varmı ki, bu belədir? Vətəndaşın söylədiyi fikir əsas vermir, onlar öz fikrini deyir. Biz o fikri qəbul etmirik, onun dediyi düzgün olması (vətəndaşın fikrinin – red.) qənaətinə gəlmir, sadəcə olaraq öz fikrini deyir”.

Tarix: 3-12-2022, 17:20
Xəbəri paylaş





Xəbər lenti