İşçiləri Sahil Babayevi aldadır -ŞİKAYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yerlərdə təyin etmiş olduğu kadr korpusu vətəndaşla dövlət arasında uçurum yaradır.
Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırılması istiqamətində aparılan “Ünvanlı dövlət sosial yardımi” siyasəti bölgələrdə ciddi narazılıqlara səbəbə olub. Hər kəs bu dövlət qurumunda baş verən özbaşınalıqlardan danışır. Belə olmasaydı, bu nazirlyin  məsuliyyətsizliyi ucbatından sayca 45 Qarabağ Qazisi nə özünü yandırmağa əl atardı nə də ki, yüzlərlə qazimiz intihara cəhd edərdi.
Dövlətimiz daha çox aztəminatlı və xüsusi diqqət tələb edən ailələrin sosial qayğılarının həllinə çalışdığı bir zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Goranboy rayonun Xoylu kəndində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün 2 azyaşlı uşaq anası, Səadət İman qızı İbrahimovanın “Ünvanlı dövlət sosial yardımi”nı dayandırıb.
Bu haqda media orqanlarına Səadət İbrahimavanın həyat yoldaşı Tural İbrahimov tərəfindən video-şikayət daxil olub.
Şikayətçi Goranboy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (ƏƏSMM) sənədlər qovluğu təqdim edib. Ona sənədlərin qaydasında olduğunu deyərək, yola salıblar. Sonradan şikayətçinin yaşadığı ünvana ƏƏSMM-nin nümayəndəsi gəlib.
Qardaşı Arif İbrahimova məxsus olan VAZ 2106 markalı 35 BL 503 dövlət qeydiyyatlı avtomobili həyətdə gördükdə kimə məxsus olmaası ilə maraqlanıb.

Qeyd edək ki, Sovet dövründən qalm beton tikilidə 5 ailə yaşayır.

Tural İbrahimov maşının qardaşına məxsus olduğunu deyib.
Ancaaq qapıya gələn məmur bunu qeydə almayıb.
Babayevin əməkdaşı həmçinin,uzunluğu 3,  eni 2 metr olan əl damında 6-7 toyuğu da İbrahimovların vaar-dövləti kimi qeyd edib.

Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir

Ərazidə qardaşı Natiq ibrahimova məxsus olan qaz, ördək və digər quş növlərini görərək deyir ki, sizin ailənizə ünvanlı sosial yardım düşmür.
Beləliklə, bir neçə gün sonra ailənin dövlətə oıan ümidi boşa çıxıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyinin vətəndaş Səadət İbrahimovaya göndərmiş olduğu imtina ilə bağlı cavabı təqdim edirik:
“Səadət İbrahimovanın ünvanlı dövlət sosial yardımla bağlı 25.10.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı Səadət İbrahimovanın həyətində nəqliyyat vasitəsi aşkarlanıb (?).
O, avtomobilin qaynına məxsus olduğunu bildirsə də, heç bir sənəd təqdim edilməyib. Bundan başqa həyətyanı sahədə qapısı qıfıllı olan otaqlardan birinə baxış keçirməyə şərait yaradılmayıb və yardımçı təsərrüfat barədə məlumatın düzgün göstərilmədiyi aşkarlanıb. Bu səbəblərə görə Səadət İbrahimovanın sosial yardımla bağlı müraciətinə imtina cavabı verilib”.

Vətəndaş redaksiyamıza ünvanladığı şilayətində sübut üçün  sözegedən avtomobilin texniki posportunu təqdim edib.
 
Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir
Sahil Babyev körpələri bir tikə çörəklə imtahana çəkir
Redaksiya olaraq, apardığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən avtomobil həqiqətən də Tural ibrahimovun qardaşı Arif Misir oğlu İbrahimova məxsusdur.
Qaldı ki,  nazirliyin “toyuq-cücə” söhbətinə , harda yazılıb ki, “ünvanlı sosila yardım” alan kəndli toyuq-cücə saxlaya bilməz?
Kim kəndlini bu hüqudan məhrum edə bilər?
Həm də sözügedən nazirlik sistemdə özləri araşdırma aprıb, dəqiqləşdirə bilmirlər ki, mübahisə predmeti olan mülk kimin adınadır?
Məlumat üçün qeyd edək ki, ibrahimovlar ailəsi Kəlbəcərdən köçkün düşən vaxtdan 5 qardaş ailə üzvüləri ilə birlikdə dövlətə məxsus olan bir binada məskunlaşıblar.
Sonda Kəlbəcər sakini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, ünvanlı sosial yardımla bağlı nümayəndənin doğru olmayan məlumatını təkrar komisiya tərəfindən yerindəcə araşdırılmasına göstəriş verəsiniz

Vətəndaşın Sahil Bayevə ünvanlanmış olduğu video-şikayəti təqdim edirk:

Tarix: 3-12-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti