Cənab nazir, artıq ünvanlı sosial yardım üçün etdiyim müraciətlərin sayını itirmişəm-ŞİKAYƏT
Ucar rayon Yuxarı Şilyan kənd sakini Cəmilov Cəfər Əhliman oğlu mətbuat vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edib. Bir nüsxəsi də Siam.az-a göndərilən müraciətdə deyilir: Cənab nazir, artıq ünvanlı sosial yardım üçün etdiyim müraciətlərin sayını itirmişəm. Hər dəfəsində imtina verilib. Sonuncu imtinada yeni bəhanə olaraq göstərilib ki, «AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ MƏLMATIN QEYD EDİLMƏMƏSİ»
Qeyd edim ki, iki azyaşlı övladım var. Həyat yoldaşım və özümlə birlikdə dörd nəfərdən ibarət olan ailəmin dolanışığı ağır vəziyyətdədir. Hər ikimizin rəsmi qaydada iş yerimiz yoxdur işsizik. Mən qapılarda fəhləlik edirəm. O da ayın 15 günü bu işi tapanda sevinirəm. Qısası ayda 120-140 arası pul qazanıram. 0,57 hektar pay torpağım var. Həmin pay torpağında kartoşka soğan və tərəvəzimi əkirəm. Fəhləlikdən qazandığım pul komunallara və quru çörək üçün un alınmasına güc-bəla ilə çatır. Pay torpağımdanda illik kartof-soğanımı götürürəm. Birdə qaynatamın imkanı olanda 60-80 manat arası köməklik edir. Qısası acından ölməsəkdə bu yaşamaq deyil, sürünməkdir. Yaşadığımız evidə qaynatam bizə bağışlayıb. Həmin evin şəkillərini çəkib bu müraciətimə əlavə edəcəm. Əgər buna ev demək olarsa. Əlacəmız yoxdur gəlib bu evdə yaşayırıq. Polu, pataloku və divarları yararsız vəziyyətdədir. Bütün günü peç yansada ev qızmır.. Çünki evin divarlarıpara-paradır. Əlacımız yoxdur. Fikirləşirik ki, nə vaxtsa imkanımız olanda həyətdən ev tikərik
Ünvanlı sosial yardım üçün etdiyim elektron müraciətdən yaşadığımız evin maddi-məişət şəraitinin yoxlanılmasına gələn Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığımız evə baxış keçirdikdən sonra valideynlərimin yaşadıqları evə gediblər. Anamdan bizim yaşadığımız yeri soruşublar. Anamda deyib ki, Cəfər ailəsi ilə bizimlə yaşamır, kənddə qaynatası ev bağışlayıb orda yaşayırlar, Nazirliyin əməkdaşlarıda özlərindən yeni bəhanə uydurublar ki, «AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ MƏLMATIN QEYD EDİLMƏMƏSİ». Necə ola bilər ki, ailə özünə aid evdə kirayə qalsın?
Əlbətdəki verilmiş bu imtina nazirliyin əməkdaşlarının uydurduğu bəhanədir. Bu ev şəxsi evimizdir. Bu evi bizə qaynatam bağışlayıb. Evin çıxarışı olmasada işıq, qaz sayğacları qaynatamın adınadır. Həmin sayğacların bildirişlərini nazirliyin və ya bu məsələni araşdırmaq istəyən hər bir şəxsə təqdim edə bilərəm.
Cənab nazir mən Ucar rayon Yuxarı Şilyan kənd sakini Cəmilov Cəfər Əhliman oğlu mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz.və ailəmə ünvanlı sosial yardımın təyin olunmasına köməklik edəsiniz.
Cəmilov Cəfər Əhliman oğlu
Tarix: 6-12-2022, 08:25