Azərbaycanda ucuzluqdur, yoxsa QONŞULARIMIZDA? - Maaş, gediş haqqı və yanacağın qiyməti MÜQAYİSƏDƏ
Azərbaycanda, xüsusilə paytaxt Bakıda nəqliyyat vasitələrindən istifadəyə görə ödənişlərin artırılması mövzusu gündəmdədir.
Hələ aprel ayında Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı hökumətə müraciət ünvanlamışdılar.
Bildiyimiz kimi, Tarif (Qiymət) Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib. Həmin dövrdə ölkədə minumum əmək haqqı indiki əmək haqqından dəfələrlə az olsa da, ərzaq və qeyri-ərzaq qiymətlərinin də qiymətləri xeyli aşağı idi.
Rəsmi açıqlamalara görə, Azərbaycanda 2018-ci ildə inflyasiya 2,3 faiz təşkil edib. Minumum əmək haqqı isə həmin ilin yanvar ayının 1-dən verilmiş sərəncama uyğun 130 AZN idi. Bu il ölkədə illik inflyasiya 13,8%, minumum əməkhaqqı 300 AZN təşkil edir. Yəni indiki gediş haqqının tətbiq edildiyi illə müqayisədə minumum əməkhaqqı 2,3, inflyasiya isə 6 dəfə artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə orta aylıq əmək haqqı 825 manatdır. Bu, mövcud məzənnə ilə 485 dollar deməkdir.
Bundan başqa, qiymət artımı üçün hökumətə müraciət edən daşıyıcı şirkətlərin daha bir arqumenti isə ölkədə dizel yanacağının baha olmasıdır. Onlar ölkəmizdəki gediş haqlarını həm də qonşu ölkələrlə müqayisə edərək bizdə aşağı olduğunu qeyd ediblər. Lakin dizelin qiyməti də qonşu ölkələrlə müqayisədə bizdə xeyli aşağıdır.Azərbaycanda 1 litr dizelin qiyməti 80 qəpik təşkil edir. SİAM.AZ Cebhe.info-ya istinadla qonşu ölkələrdə əməkhaqqı, dizel yanacağının qiyməti və gediş haqlarını müqayisəli qymətlərini təqdim edir:
Lakin Türkiyədə gediş haqları müəyyən qruplar üçün güzəştlər tətbiq olunur. Yəni təqaüdçülər, tələbə və hətta müəllimlər də ictimai nəqliyyat vasitələrindən güzəştlə istifadə edirlər. İstanbulada güzəşt tətbiq edilən kateqoriyaya aid deyilsənsə, ictimai nəqliyyat üçün 7,6 lirə (0,69 azn) xərcləməlisən. Avropa İttifaqının (Aİ) Statistika İdarəsinin məlumatına görə, Türkiyədə minimum aylıq əmək haqqı 374 avro, yəni 671 manatdır.
Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı tarifləri fərqlidir. Yəni ölkədə müəyyən müddət istifadə olunmaq üçün limitsiz kartlar satılır. Yəni 6 aylıq, bir illik kartlar aldıqda, qiymət bir neçə faiz aşağı düşür. Orta aylıq əməkhaqqı 495 dollar (1 447 lari), yəni 841 manatdır.
*Rusiyada bir litr dizelin qiyməti 1,49 azn, gediş haqqı isə 97 qəpikdir.
Rusiyada bu ilin yanvar ayından minumum əməkhaqqı 180 dollar və ya 317 manat təşkil edir. (13 890 rubl) Rusiyada orta aylıq əmək haqqı isə 2019-cu ildə 722, 2020-ci ildə isə 768 manat olub.
*İran yanacağın qiymətinin ən ucuz olduğu olduğu ölkələrdəndir.
1 litr dizelin qiyməti 0,018 AZN, gediş haqqı isə 61 qəpik hesablanır. İranda orta aylıq əmək haqqı 500 dollara yaxındır.
Qeyd edək ki, bəzi ölkələrdə gediş haqlarının tətbiqində xüsusi mexanizm tətbiq edilir. Avropa və ərəb ölkələrində pensiyaçılar və əlillər üçün xüsusi imtiyazlar var. Qonşu ölkələrdə Türkiyədə olduğu kimi, təqaüdçülər, tələbə, müəllim və məktəblilər ictimai nəqliyyatdan xüsusi güzəştlərlə istifadə edirlər.