Torpağı baha qiymətə icarəyə götürüblər, amma ƏKƏ BİLMİRLƏR... - NARAZILIQ VAR!




"Torpağı baha qiymətə icarəyə götürüblər, şumlama aparıblar, ancaq su yoxdur deyə səpin işlərini apara bilmirlər".

Ağcəbədi rayon Qaradolaq kənd sakinləri ziyana düşdüklərini deyirlər. Səbəb su problemidir.

Qaradolaq kəndinin fermerləri bu il şumlama işlərini aparsalar da, payızlıq bitkilərin toxumunu əkə bilməyiblər.

“Xan qızı” adlanan su kanlının suyu quruyana qədər kəndin su problemi olmayıb. İndi isə vəziyyət fərqlidir. Kanalın suyu quruyub.

Fermer Müzəffər Şirinov deyir ki, torpağı baha qiymətə icarəyə götürüblər, şumlama aparıblar, ancaq su yoxdur deyə səpin işlərini apara bilmirlər.

Pambıq kolları quruyub

Kənd sakinləri bu il pambıq əkinində də, xeyli ziyan ediblər. Fermerlərin dediyinə görə, bu ilin aprel ayında 30 hektar sahəyə pambıq əkiblər. Suvara bilmədiklərinə görə məhsul zay olub, pambıq kolları quruyub.

Su yoxluğu ilə sınağa çəkilən Qaradolaq kəndinin yaxınlığından Qarabağ suvarma kanalı keçir. Kənd sakinləri hesab edir ki, heç olmasa Qarabağ suvarma kanalından Qaradolağa su verilsə problemləri həll olar.

Rəsmi qurum növbə çatanda Qaradolağa su veriləcəyini deyir

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Ağcabədi Suvarma Sistemləri İdarəsinə.

Qurumun rəis müavini Kənan Köçəriyev bildirdi ki, problemdən xəbərdardırlar, hazırda problemin həll istiqamətində işlər aparılır.

Qurum rəsmisi həmçinin bildirdi ki, Qaradolaq kəndinin əsas suvarma mənbəyi Araz çayının qolu olan “Xan qızı” suvarma kanalıdır. Bu kanala su fasilələrlə verildiyindən suyun səviyyəsi aşağı düşür, verilməsində gecikmələr yaranır. Kəndlər üzrə növbəlilik qrafiki tərtib olunub. Hal-hazırda qrafik üzrə su Afşar kəndinə gedir. Afşar kəndinin tələbatı ödəndikdən sonra su Qaradolaq kəndinə veriləcək.

Belediyye.net

Torpağı baha qiymətə icarəyə götürüblər, amma ƏKƏ BİLMİRLƏR...
Torpağı baha qiymətə icarəyə götürüblər, amma ƏKƏ BİLMİRLƏR...
Torpağı baha qiymətə icarəyə götürüblər, amma ƏKƏ BİLMİRLƏR...
Torpağı baha qiymətə icarəyə götürüblər, amma ƏKƏ BİLMİRLƏR...


Tarix: 15-12-2022, 16:09
Xəbəri paylaş





Xəbər lenti