Cəlilabadın işıqsız qalması ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu barədə Rayon İcra Hakimiyyəti sosial şəbəkədə məlumat yayıb.Bildirilib ki, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kilovoltluq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.
Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.
Tarix: 16-12-2022, 21:41