DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialında saxta sosial yardım təyinatı – FOTOFAKT


Jurnalist Zaur Qənbərov şəxsi Facebook hesabında DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialında saxta sosial yardım təyinatı ilə bağlı maraqlı məlumat paylaşıb.
“Elsun Xudaverdiyev DSMF-nin Tovuzda yerləşən regional idarəsinin müdiridir. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının DSMF-nə cavabdehdir. İki ali təhsili var. Bir cümləni belə düz yaza bilmir. Savadı da belədir.
60 balla İdman və Bədən Tərbiyəsi Akademiyasını bitirib. Üstəgəl Gəncə Aqrar Unversitetində it yiyəsini tanımayan vaxtlarda distant təhsil alıb. Universitetin qapısını tanımadan dekana 3 min manat verməklə ikinci diplomunu alıb. Amma əla rüşvət yığmağı var. Ona görə də, Sahil Babayevə lazımlı adamdır. Nazirin müavini Hidayət müəllimin əli ilə.
Deməli, Elsun Xudaverdiyev Gədəbəydə DSMF-nin müdiri olan vaxtları ona qara kassirliyi sürücüsü İsfəndiyar Qələndərov edirdi. İ.Qələndərov analoqu olmayan maklerliyi bacarır. DSMF-yə aid istənilən işi düzəltməyə qadirdir. Bircə istədiyi rüşvəti alsın. DSMF-də struktur dəyişəndə E.Xudaverdiyev Tovuzdakı regionala müdir təyin olundu. İ.Qələndərovdan ayrı düşdü. Uzun çəkən eşq-məhəbbətdən sonra sürücü İsfəndiyar Qələndərovu da yanına apara bildi, amma işə təyin edə bilmədi. Maraqlıdır ki, maaşı və təyinatı olmayan İ.Qələndərov nə münasibətlə E.Xudaverdiyevə sürücülük edirdi? Təbii ki, rüşvət yığırdı. Təxmini 1 ilə yaxındır “təmənnasız” sürücülük edir.
Hətta, E.Xudaverdiyevin maşınını etibarnamə olmadan belə idarə edir. Tovuz YPX əməkdaşları buna görə İsfədiyara cərimə yazanda E.Xudaverdiyev bərk qəzəblənərək YPX əməkdaşlarına zəng edərək irad bildirmişdi və hədələşmişdi.
Gələk bir neçə saxta və rüşvətlə düzəldilən işə. İ.Qələndərov saxta sosial yardım düzəltmək üçün hər oyuna əl atır. Saxtakarlığa isə təmannasız getmir.
Qocayeva Əfsanə Çoban qızı. Tovuz rayon Yanıqlı kəndi. Sosial yardım almaq üçün İsfəndiyara müraciət edir. Ailənin maddi durumu yaxşı olduğundan Ünvanlı Sosial Yardım şamil edilmir. İsfəndiyar tövsiyə edir ki, boşansınlar. Belə edə edirlər. Formal olaraq boşanırlar. Boşanmada aliment, mülk davası olmayıb, hazırda da ailə eyni evdə yaşayırlar. Amma sosial yardım alırlar. Ə.Qocayevanın həyat yoldaşının maşını var.
İkinci bir məsələ nədir. Vətəndaşların adlarına olan pay torpağını fərdi evə sənədləşdirirlər. Həmin pay torpaqları həyətyanı torpaq sahəsi kimi sənədləşdirilir. Üstəgəl həmin torpaq sahəsinə saxta kodlar təyin edərək sistemə yerləşdirirlər.
Qeyd edim ki, pay torpaqlarının statusu dəyişdirilə bilməz. Pay torpaqları vətəndaşa yalnız əkin, səpin, biçin üçün dövlət tərəfindən verilir. Hətta, tikinti belə tikmək olmaz. Yalnız mövsümi 4 dirək üstündə nəsə tikməyə icazə var. Qanunla pay torpaqlarını satmaq, dəyişmək, bağışlamaq olmaz.
Elsun Xudaverdiyev isə saxta sosial yardım təyinatı aparmaq üçün hər yola əl atır.
Mirzəyevə Gülnarə Xanoğlan qızı. Adına 0.86 ha, yəni 86 sot pay torpağı var. Bunu saxtalaşdıraraq fərdi evin həyətyanı torpaq sahəsi kimi sənədləşdiriblər. Halbuki, heç elə fərdi ev yoxdu. Sistemə saxta kodlar altında yerləşdiriblər və sosial yardım təyin ediblər.
İsmayılzadə Elvin Vaqif oğlu. Bu şəxsin 4 ədəd pay torpaq sahəsi var. 2-si öz adınadır, 2-si həyat yoldaşının. Hamısını ayrı-ayrılıqda fərdi ev kimi sənədləşdiriblər və sosial yardım alır. Maraqlıdır ki, 4 fərdi evi olan niyə sosial yardım alınsın.
İbrahimov Rafael Əsgər oğlu. Bu vətəndaşın da pay torpağını fərdi ev kimi sənədləşdirərək sosial yardım təyin olunmasına müvəffəq olublar. R.İbrahimov sosial yardım təyin olunandan sonra satılması qadağa olunan pay torpağını satıb.

Musayeva Günay Sakit qızı. İsfəndiyar Qələndərovla ailəvi dostdurlar. Bu dostluq münasibətinə görə, İ.Qələndərov ailəyə sosial yardım təyin etdirib. Lakin G.Musayevanın həyat yoldaşının kamazı var.
Beləliklə Elsun Xudaverdiyev rəhbərlik etdiyi regionda sosial yardım rüşvətlə və dostluq münasibəti ilə təyin edilir. Bu işlərin icrasını isə İsfəndiyar Qələndərov həyata keçirir.
Regionda sosial yardım təyin edilən şəxslərin nəzərdə tutulan sayı bu yolla doldurulur. Sosial yardım allması vacib olan şəxslər isə kənarda qalır və sosial yardım təyin olunmaması üçün min bir bəhanə ilə saysız-hesabsız imtinalar gəlir.
P.S. 60 balla İdman və Bədən Tərbiyəsi Akademiyasımı bitirmiş bir nəfər Elsun Xudaverdiyev.”
Zaur Qənbərov AzTimes.az
Tarix: 19-12-2022, 20:54
Xəbəri paylaş





Xəbər lenti