“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü
“Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən “Jest dili” layihəsi
“NETTY 2022” milli internet mükafatına layiq görüldü.

SİAM.AZ bildirir ki, https://jestdili.az/ Azərbaycan dilində ilk onlayn
işarə dili lüğəti kimi “Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçildi.

Qeyd edək ki, onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyinin (RİİB) “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” layihəsi
çərçivəsində “Nar”ın maliyyə dəstəyi və “Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə
hazırlanıb.

Final mərasimində mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” brendi) İctimaiyyətlə
Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: “Müştəri yönümlü mobil operator
olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə
məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır.
Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə
yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”

https://jestdili.az/ veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri,
eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi
eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə 
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator 
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət 
təqdim edir.
Tarix: 20-12-2022, 20:36
Xəbəri paylaş





Xəbər lenti