“Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var” – Elçin Bayramlı



“Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var”.
Sozcu.az-ın xəbərinə görə, bunu sosioloq Elçin Bayramlı bildirib.
E.Bayramlı qeyd edib ki, vətəndaşlar dövlətlə qumar oynayır – hər ay maaşlarından dövlətə müəyyən qədər ödəyirlər: “Əgər 65 yaşdan sonra sağ qalsalar, dövlət o pulu 12 ilə bölüb aybaay ödəyəcək. Əhalinin də 40 faizi pensiya yaşına çatmadan öldüyündən, lotoreyada uduzur və nə özü nə ailəsi 40 il ərzində yığdığı puldan bir qəpik də ala bilmir. Qalanlarının da çoxu 65-dən sonra cəmi bir neçə il yaşaya bilir ki, nəticədə bu puldan kiçik bir hissəni ala bilir. Yığılmış pulun qalan hissəsi qalır dövlətə. İnsanların öz arasında oynadığı lotoreya sistemi belə bundan daha ədalətlidir. Belə ki hər kəs qoyduğu pulu tam həcmdə götürür. Burada isə pulu sanki qumarda uduzursan. Təklif edirəm ki, vətəndaşlarla dövlət arasında bu lotoreya-qumar sistemi ləğv edilsin. Hər kəs özü ayda bir qədər banka pul qoysun və müəyyən müddətdən sonra istədiyi vaxt o pulu götürsün, əgər ölsə, həmin pulu ailəsi alacaq. Həm də bütün pulu geri alacaq, üstəlik də uzun onillərin yığılmılş faizi ilə. Yəni, vətəndaş yekunda qoyduğundan azı 2-3 dəfə çox vəsait alacaq ki, bu da onun ölənədək yüksək səviyyədə yaşamasına şərait yaradacaq. Təklifin müəllif hüqüqları tərəfimdən qorunur. Yaxın vaxtda təkliflər paketi formasında parlamentə və hökumətə təqdim ediləcəkdir”.

Tarix: 28-12-2022, 15:59
Xəbəri paylaş





Xəbər lenti